Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
Volkswagen-in minlərlə əməkdaşını işdən çıxarmağı və bəzi zavodları bağlamağı planlaşdırdığı bildirilir.Volkswagen-in (VW) baş icraçı direktoru Oliver Blume Avropanın ən böyük avtomobil istehsalçısını daha rəqabətqabiliyyətli etmək məqsədilə yeni addımlar atmağa hazırlaşır.
Marja xəbər verir ki, bu barədə "Manager Magazin" məlumat yayıb.
"Manager Magazin" mənbələrə istinadən xəbər verir ki, baş direktorun bu həftənin əvvəlində keçirilən İdarə Heyətinin iclasında təqdim etdiyi planlar işçi sayının azaldılması hədəfinin iki dəfə artırılaraq 100 min nəfərə çatdırılmasını nəzərdə tutur.
Porsche və Audi-nin sahibi olan şirkətdə hazırda təxminən 657 min nəfər çalışır. Blume-nin yenidən strukturlaşdırma planı gələn ay Müşahidə Şurasına təqdim olunacaq və müzakirəyə çıxarılacaq.
Orta müddətdə dörd zavod bağlanacaq
Jurnalın məlumatına görə, Blume-nin strategiyası həmçinin bu onilliyin sonuna qədər ümumi inzibati və əməliyyat xərclərinin 11 milyard avro, yəni 12,5 milyard ABŞ dolları azaldılmasını, orta müddətdə isə Almaniyadakı dörd zavodun bağlanmasını da əhatə edir. Bunlar arasında Neckarsulm şəhərindəki Audi zavodu, həmçinin Hannover, Zwickau və Emden şəhərlərində yerləşən VW zavodları var.
Volkswagen-in “köklü dəyişiklikdən keçməli olduğunu” bildirən şirkət sözçüsü "Manager Magazin"in xəbərində yer alan detalları şərh etməkdən imtina edib. Sözçü qeyd edib ki, İdarə Heyəti şirkətin yenidən strukturlaşdırılması üçün gələcəyə yönəlmiş plan üzərində intensiv işləyir.
Həmkarlar ittifaqı plana qarşıdır
Həmkarlar ittifaqı liderləri yeni planlara etiraz ediblər. Şirkətin kəmkarlar komitəsi və IG Metall həmkarlar ittifaqının birgə açıqlamasında bu planların “işçi qüvvəmizi və fəaliyyət göstərdiyimiz regionları narahat etdiyi” bildirilib. Açıqlamada “Bu cür planlar həyata keçirilməyə çalışılarsa, bütün gücümüzlə qarşı çıxacağıq” deyilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 5 d. əvvəl
-
26 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
38 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
48 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib






























