Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
ABŞ ilə İran arasında əldə olunan müvəqqəti sülh razılaşmasından sonra Yaxın Şərqdən alüminium tədarükünün yenidən normallaşacağına dair gözləntilər qiymətlərə təzyiq göstərib. Alüminium iyun ayında 15%-dən çox ucuzlaşıb. Bu, 2008-ci ildən bəri ən kəskin aylıq dəyərsizləşmədir.Yaxın Şərqdə fasilələrlə üzləşən tədarükün yenidən bazara qayıdacağı gözləntisi fonunda alüminium iyun ayında 15%-dən çox dəyər itirib. Bu, 2008-ci ilin oktyabrından bəri ən sərt aylıq ucuzlaşmadır.
Marja xəbər verir ki, ABŞ ilə İran arasında əldə olunan müvəqqəti sülh razılaşması və Hörmüz Boğazının yenidən gəmiçilik üçün açılacağına dair gözləntilər Yaxın Şərqdən alüminium daşımalarının normallaşacağı ilə bağlı nikbinliyi artırıb. Qlobal alüminium istehsalının təxminən 10%-ni təmin edən regionda tədarüklə bağlı narahatlıqların azalması nəticəsində müharibə səbəbindən yaranan qiymət artımları böyük ölçüdə silinib.
Qiymətlərin azalmasında Çinin rekord səviyyəyə çatan alüminium ixracı, həmçinin alümina ehtiyatlarının yenidən formalaşdırılması məqsədilə həyata keçirilən daşımalar təsir göstərib. Bazarda yaxınmüddətli kontraktların qiymətinin daha uzaq müddətli kontraktlardan aşağı düşməsi tədarük çatışmazlığı ilə bağlı narahatlıqların əhəmiyyətli dərəcədə azaldığını göstərib.
Digər tərəfdən, güclü ABŞ dolları və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlaya biləcəyinə dair gözləntilər də baza metal bazarlarında tələb perspektivinə mənfi təsir göstərən amillər sırasında yer alıb.
London Metal Birjasında (LME) alüminiumun bir tonunun qiyməti gün ərzində 0,5% artaraq 3 min 103 dollara yüksəlsə də, aylıq müqayisədə 15,4% ucuzlaşma ilə 2008-ci ildən bəri ən zəif performansını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























