İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
Mənzil, torpaq, kommersiya obyektləri: iyunda da əmlak bazarında qiymətlər artıb. Azərbaycanda torpaq sahələri daha sürətlə bahalaşır – tikinti və developer layihələri bazarı hərəkətləndirir.2026-cı ilin iyun ayında daşınmaz əmlak bazarında mülayim və dayanıqlı artım meyli müşahidə olunub. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) iyun ayı üzrə açıqladığı daşınmaz əmlak indeksində bu məqamlar öz əksini tapıb.
Marja.az Palataya istinadən xəbər verir ki, iyun ayında kompozit daşınmaz əmlak İndeksi 106,7 bənd təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 0,7 faiz, baza dövrü kimi qəbul edilən 2025-ci ilin dekabr ayına nisbətən isə 6,7 faiz yüksəkdir.
İyun ayında bazarın əsas hərəkətverici qüvvəsi yenə də torpaq seqmenti olub. Bu istiqamət üzrə indeks 118,1 bəndə yüksəlib ki, bu da tikinti və devoloper layihələri üçün nəzərdə tutulan torpaq sahələrinə, eləcə də premium ərazilərə tələbin yüksək səviyyədə qaldığını nümayiş etdirir. Eyni zamanda, may ayında qeydə alınan sürətli bahalaşmadan sonra qiymət artımının daha tarazlı mərhələyə keçməsi bazarda sabit dinamikanın formalaşdığını göstərir.
Mənzil bazarı da yüksəliş trayektoriyasını qoruyub saxlayıb. Yeni tikili mənzillər üzrə indeks 104,8, köhnə tikili mənzillər üzrə isə 104,0 bənd olub. Bu göstəricilər bazarın müxtəlif seqmentləri arasında balansın qorunduğunu, qiymət artımının isə əsasən fundamental bazar amilləri hesabına formalaşdığını göstərir. Premium layihələr qiymətlərin yüksəlməsinə dəstək versə də, ümumi bazarda struktur sabitliyi saxlanılıb.
Fərdi yaşayış evləri bazarında indeks 104,7 bənd səviyyəsində qərarlaşıb. Bu seqmentdə qiymət dinamikasının əsasən torpaq komponenti ilə müəyyənləşdiyi, xüsusilə premium və orta-yüksək qiymət zonalarında yerləşən obyektlərin bazar göstəricilərinə daha çox təsir etdiyi müşahidə olunur.
Kommersiya daşınmaz əmlakı bazarında da müsbət dinamika davam edib. Satış seqmenti üzrə indeks 104,8 bəndə yüksəlib. İcarə bazarında isə may ayında qeydə alınan aktiv artımdan sonra iyunda qiymətlərin sabitləşməsi prosesi müşahidə olunub və indeks 104,9 bənd təşkil edib. Bu tendensiya bazarın daha balanslı inkişaf mərhələsinə keçdiyini göstərir.
Kirayə mənzil bazarında qiymət sabitliyi qorunub. Yeni tikili mənzillər üzrə kirayə indeksi 101,0, köhnə tikili mənzillər üzrə isə 100 bənd səviyyəsində qalıb. Bu göstəricilər bazarda volatilliyin aşağı olduğunu və qiymətlərin əsasən ödəmə qabiliyyəti ilə uzlaşan çərçivədə formalaşdığını təsdiqləyir.
Qaraj bazarında isə əvvəlki ay müşahidə olunan yüksək artım tempinin zəiflədiyi qeydə alınıb. İndeks 110,6 bənd olsa da, bazar iyun ayında daha sabit və tarazlı qiymət dinamikasına keçid edib.
İyun ayının nəticələri göstərir ki, Azərbaycanın daşınmaz əmlak bazarı sağlam inkişaf trayektoriyasını qoruyur. Qiymət artımı bazarın ayrı-ayrı seqmentləri üzrə balanslı şəkildə davam edir, risk səviyyəsi aşağı olaraq qalır və struktur dayanıqlığı gücləndirən amillər üstünlük təşkil edir. Mövcud dinamika 2026-cı ilin ikinci yarısında bazarda kəskin qiymət dalğalanmalarının gözlənilmədiyini, artımın isə əsasən torpaq bazarı və premium seqment hesabına davam edəcəyini göstərir.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası ölkədə daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri hər ay açıqlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
31 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
38 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

























