"Novartis" xərçəng dərmanı hazırlayan şirkəti satın alır
İsveçrədə yerləşən əczaçılıq şirkəti "Novartis" yeni nəsil xərçəng dərmanları hazırlayan Böyük Britaniyanın biotexnologiya şirkəti "Myricx Bio"nu satın alır.
Marja.az xəbər verir ki, Şirkətlərin birgə açıqlamasına görə, xərçəng müalicəsində hədəflənmiş hüceyrə məhvinə imkan verən yeni nəsil antikor-dərman konjugatları (ADC) üzərində çalışan "Myricx Bio" şirkəti "Novartis"in ümumilikdə 1,5 milyard dollarlıq satınalma təklifini qəbul edib.
Razılaşmanın maliyyə şərtlərinə əsasən, "Novartis" 1,1 milyard dollar məbləğində ilkin nağd ödəniş həyata keçirəcək. Bundan əlavə, gələcək elmi və kommersiya uğur göstəricilərindən asılı olaraq 400 milyon dollara qədər əlavə ödəniş nəzərdə tutulur.
Sözügedən razılaşmanın zəruri icazələr alındıqdan sonra bu ilin ikinci yarısında tamamlanacağı gözlənilir.
Bu satınalmanın "Novartis"in xərçəng dərmanları portfelini gücləndirməsinə kömək edəcəyi proqnozlaşdırılır.
Bazar analitikləri də "Novartis"in son dövrdə onkologiya, radioligand və hədəfə yönəlmiş bioloji müalicələrə investisiyalarını aqressiv şəkildə artırdığına diqqət çəkirlər. Onların fikrincə, klinikadan əvvəlki mərhələdə olan bu platformanın satın alınması qlobal xərçəng dərmanları bazarında rəqabəti yenidən formalaşdıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
53 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























