Broadcom və Apple əməkdaşlıq sazişini 2031-ci ilədək uzadıb
Çip istehsalçısı Broadcom və Apple xüsusi dizaynlı çiplərin hazırlanması və təchizatı üzrə texnologiya əməkdaşlığını 2031-ci ilədək uzatmaq barədə razılığa gəliblər.Çip istehsalçısı Broadcom Apple ilə xüsusi dizaynlı çiplərin hazırlanması və təchizatı üzrə davam edən əməkdaşlığını 2031-ci ilədək uzatmaq barədə razılaşma əldə etdiyini açıqlayıb.
Marja xəbər verir ki, Broadcom ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə Apple ilə uzun illərdir davam edən texnologiya əməkdaşlığının 2031-ci ilədək uzadılması barədə razılıq əldə olunduğunu bildirib.
SEC-ə təqdim edilən bildirişdə qeyd edilib ki, Broadcom Apple-ın gələcək nəsil bir sıra məhsullarında istifadə olunması üçün müxtəlif xüsusi dizaynlı “tətbiqə xüsusi inteqral sxem” çiplərinin hazırlanması və təchizatını əhatə edən yeni çoxillik sazişlər imzalayıb.
Apple və Broadcom 2023-cü ildə ABŞ-da istehsal olunacaq komponentlərə dair milyardlarla dollarlıq əməkdaşlıq sazişi imzaladıqlarını açıqlamışdılar.
Apple həmin saziş çərçivəsində Broadcom-un FBAR filtrləri də daxil olmaqla 5G radio tezliyi komponentləri və qabaqcıl simsiz bağlantı komponentləri hazırlayacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 53 d. əvvəl
-
57 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























