Tramp: Rusiya-Ukrayna məsələsini NATO-nun gündəliyinə çıxaracağam
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO Sammitində Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı məsələləri NATO-nun gündəliyinə çıxaracağını bildirib və tərəflərin razılaşmaya yaxın olduğunu deyib. Tramp həmçinin İranla danışıqların müsbət istiqamətdə irəlilədiyini qeyd edərək, “Ya razılaşma əldə edəcəyik, ya da işi bitirəcəyik”, - deyib.ABŞ Prezidenti Donald Tramp Ankarada başlayacaq NATO Sammitində Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatdırılmasına yönəlmiş məsələləri NATO-nun gündəliyinə çıxaracağını bildirib və tərəflərin razılaşmaya yaxın olduğunu söyləyib.
Marja xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsi və İranla aparılan danışıqlarla bağlı suallarını cavablandırıb.
Rusiya ilə Ukrayna arasındakı müharibəyə dair qiymətləndirmələr aparan Tramp “NATO-ya gedəcəyik, bu məsələni NATO-nun gündəliyinə çıxaracağam və düşünürəm ki, bunu bacaracağıq”, - deyib.
Ukraynadakı müharibənin başa çatmasına çox yaxın olunduğunu düşündüyünü bildirən Tramp “Ukraynadakı müharibəni sona çatdırmağa çox yaxın olduğumuzu düşünürəm. Həm Rusiya, həm də Ukrayna liderləri razılaşma əldə etmək istəyirlər”, - deyə bildirib.
Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin başa çatmasını istədiyini qeyd edib.
Müharibədə ön plana çıxan pilotsuz uçuş aparatlarının əhəmiyyətinə də toxunan Tramp “Dronların bu qədər böyük amilə çevriləcəyini kim düşünərdi? Onlar öldürmə maşınlarıdır. Bu, inanılmazdır. Ağacın arxasında gizlənirsən, o isə gəlib səni tapır. Mən görmək istəmədiyim səhnələr görmüşəm və sizin də bunları görməyinizi istəmirəm”, - ifadələrini işlədib.
“İran ya razılaşma əldə edəcək, ya da işi bitirəcəyik”
İranla aparılan danışıqlara da toxunan Tramp müzakirələrin müsbət istiqamətdə irəlilədiyini, lakin medianın bu prosesə kifayət qədər maraq göstərmədiyini iddia edib.
ABŞ ordusunun gücündən İrana qarşı “çox haqlı səbəblərlə” istifadə etdiklərini irəli sürən Tramp “Çünki İran heç vaxt nüvə silahına sahib ola bilməz. Buna heç vaxt icazə verilə bilməz”, - deyib.
Tramp İranın nüvə zənginləşdirmə fəaliyyəti ilə bağlı güzəştə getdiyini və zənginləşdirilmiş nüvə materialının təhvil veriləcəyini iddia edib.
Hər bir halda qalib gələcəklərini, ya razılaşma əldə edəcəklərini, ya da işi bitirəcəklərini bildirən Tramp razılaşma yolu ilə həlli üstün tutduğunu və 91 milyon İran vətəndaşının müharibədən təsirlənməsini istəmədiyini söyləyib.
Hörmüz Boğazı ilə bağlı qiymətləndirmələr də aparan Tramp İranla bu məsələdə problemlər yaşadıqlarını qeyd edərək, “Hörmüz Boğazı böyük pul maşınıdır. Onun adını əvvəllər çoxları eşitməmişdi”, - ifadələrini işlədib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
31 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
38 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib


























