Microsoft 6 min 400 əməkdaşını işdən çıxaracaq
Microsoft şirkəti 6 min 400 nəfər işçisini ixtisar edəcək.
Marja xəbər verir ki, Şirkətin Xbox bölməsi isə yenidən strukturlaşma çərçivəsində növbəti il ərzində 3 min 200 nəfəri işdən çıxarmağı planlaşdırır. İxtisar bölmə əməkdaşlarının təxminən 20 faizini əhatə edəcək. Bundan əlavə, Xbox dörd videooyun hazırlama studiyasını da satacaq və ya fəaliyyətindən çıxaracaq.
Xbox-un baş icraçı direktoru Asha Sharma əməkdaşlara göndərdiyi qeyddə “Hazırda biznesimizin vəziyyəti yaxşı deyil”, - deyə bildirib. Sharma Xbox-un oxşar bizneslərlə müqayisədə 3-10 dəfə daha aşağı mənfəət marjaları ilə fəaliyyət göstərdiyini qeyd edərək, “Xbox-u yenidən qurmalıyıq”, - ifadəsini işlədib.
Sharma yazıb ki, əsas məqsəd biznesi daha səmərəli hala gətirmək və daha böyük layihələrə yenidən investisiya yönəltməkdir.
Qeydə əsasən, bu gün Xbox-da 1600 nəfər işdən çıxarılacaq, qalan ixtisarlar isə növbəti 12 ay ərzində həyata keçiriləcək.
Microsoft-da hazırda əsasən satış bölmələrini əhatə edən daha bir ixtisar dalğası çərçivəsində 3 min 200 nəfər işdən çıxarılır. Bloomberg-in əldə etdiyi əməkdaşlara ünvanlanmış qeyddə İnsan Resursları üzrə direktor Amy Coleman bu ixtisarların məhsulların hazırlanma formasında və müştəri tələblərində baş verən dəyişikliklərdən qaynaqlandığını bildirib.
Bu gün açıqlanan şirkət üzrə planlaşdırılmış ixtisarların ümumi sayı 6 min 400 nəfərə çatır. Bu rəqəm Microsoft-un təxminən 228 min nəfərlik ümumi işçi sayının 3 faizindən azına bərabərdir.
Coleman Microsoft-un daha çox bölməsində bu cür halların baş verəcəyinə işarə edib. O, “Biz bu yolun hələ başlanğıcındayıq və qarşıda daha çox dəyişiklik olacaq; biznesimizin digər bölmələri də oxşar dəyişikliklər etməli olacaq”, - deyib.
Dünyanın ən böyük proqram təminatı istehsalçısı süni intellekt sahəsindəki çalışmalarını dəstəkləmək üçün data mərkəzlərinə böyük həcmdə vəsait xərcləyir. Bu isə şirkətin digər bölmələrində qənaət tədbirlərinə səbəb olur. Microsoft ötən il ümumilikdə təxminən 15 min əməkdaşı əhatə edən iki mərhələli genişmiqyaslı ixtisar dalğası həyata keçirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
51 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















