970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZAL Türkiyənin Qars şəhərinə uçuşlara başlayacaq - TARİX

AzVak-mobil_resmin_ustu_31
AZAL Türkiyənin Qars şəhərinə uçuşlara başlayacaq - TARİX

"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyulun 30-da Türkiyənin Qars şəhərinə uçuşlara başlayacaq.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir: "Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək".

Bakı-Qars-Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

"Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən biri olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər "UNESCO"nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış mövsümündə beynəlxalq turistlərin böyük maraq göstərdiyi Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, Qars regionu yerli mətbəxi və təbii gözəllikləri ilə də səyahətsevərlərə fərqli təcrübə təqdim edir", - məlumatda qeyd olunub.

Qeyd edilib ki, yeni marşrut həm Türkiyənin şərq bölgələrində yaşayan, həm də Azərbaycandan səfər edən sərnişinlər üçün daha yeni bir istiqamətə rahat və birbaşa səyahət imkanı yaradacaq. Reyslər turizm səfərləri ilə yanaşı, ailə ziyarətləri və işgüzar səfərlər üçün də əlavə imkanlar təqdim edəcək.

Biletləri aviaşirkətin rəsmi internet səhifəsi, AZAL mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

İş elanları AzVak.az-da

Bakı-Qars uçuşu Qars reysi Bakı-Qars-Bakı AZAL Qars reysi Türkiyəyə uçuşlar AZAL Türkiyə istiqamətləri Qars şəhəri 30 iyul uçuş AZAL yeni marşrut Azərbaycan Türkiyə hava əlaqələri həftədə 2 dəfə uçuş cümə axşamı reysi bazar günü reysi Qarsa aviabilet AZAL biletləri Türkiyənin 9-cu istiqaməti AZAL marşrut şəbəkəsi Azərbaycan Türkiyə səfərləri turizm səfərləri işgüzar səfərlər ailə ziyarətləri Türkiyənin şərq bölgələri Qars turizmi Ani şəhəri UNESCO Ani şəhəri Qars qalası Sarıqamış xizək kurortu Türkiyə turizmi qış turizmi AZAL mobil tətbiqi aviaşirkət biletləri birbaşa uçuşlar yeni aviareys Azərbaycan aviasiyası
07.07.2026 18:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19