ABŞ neft qiymətləri ilə bağlı proqnozunu endirib
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) Hörmüz Boğazında neft axınının sürətlənməsi və qlobal neft bazarında təklif artıqlığının yenidən formalaşacağına dair gözləntilər fonunda bu il üçün orta neft qiyməti proqnozunu aşağı istiqamətdə yeniləyib.
Marja.az EIA-nın “2026-cı ilin iyul ayı üzrə Qısamüddətli Enerji Görünüşü Hesabatı”na istinadən xəbər verir ki, bu il Brent markalı neftin orta qiymətinin bir barel üçün 81,91 dollar səviyyəsində olacağı gözlənilir. Qurum əvvəlki hesabatında bu göstərici üzrə proqnozunu 95,39 dollar olaraq açıqlamışdı.
Qərbi Texas nefti — WTI üzrə orta barel qiymətinin isə 76,26 dollar olacağı qiymətləndirilir. EIA ötən ay WTI üçün qiymət proqnozunu 88,32 dollar səviyyəsində müəyyən etmişdi.
EIA gələn il üçün orta barel qiyməti proqnozunu Brent nefti üzrə 64,76 dollar, WTI üzrə isə 60,76 dollar olaraq müəyyən edib.
Neft qiymətləri ilə bağlı proqnozda ABŞ ilə İran arasında 18 iyunda imzalanmış anlaşma memorandumundan sonra Hörmüz Boğazından keçən tanker trafikində müşahidə olunan artım əsas təsir amillərindən biri olub.
Proqnozu dəstəkləyən digər amillər sırasında bəzi Fars körfəzi istehsalçılarının yüklərini Hörmüz Boğazından istifadə etmədən alternativ marşrutlara yönləndirə bilməsi, xüsusilə Şimali və Cənubi Amerika olmaqla Yaxın Şərqdən kənar istehsalçıların xam neft ixracını artırması, həmçinin ABŞ və bəzi OECD ölkələrinin strateji neft ehtiyatlarından bazara təklif təmin etməsi göstərilib.
Neft axınının bərpa olunması ilə Yaxın Şərqdə xam neft hasilatında əvvəlki proqnozlarla müqayisədə daha məhdud azalmaların baş verəcəyi bildirilir.
Buna əsasən, hasilat itkilərinin iyun ayında gündəlik orta hesabla 8,3 milyon barel səviyyəsində olduğu, bunun may ayında qeydə alınan gündəlik 11,2 milyon barellik pik göstəricidən aşağı qaldığı qeyd edilib.
Xam neft hasilatı və ticarətinin böyük hissəsinin ilin sonunadək münaqişədən əvvəlki səviyyələrə yaxınlaşacağı gözlənilir. Bununla belə, ilin dördüncü rübündə gündəlik orta hesabla 1,4 milyon barellik hasilatın hələ də bazardan kənarda qalacağı, bu istehsal gücünün böyük hissəsinin isə 2027-ci ilin birinci rübündə yenidən bərpa olunacağı proqnozlaşdırılır.
Neft ehtiyatları azalıb
Hesabata görə, qlobal neft ehtiyatlarının ilin ikinci rübündə gündəlik orta hesabla 5,1 milyon barel, üçüncü rübündə isə əlavə olaraq gündəlik 2,2 milyon barel azaldığı təxmin edilir. Lakin üçüncü rübün böyük hissəsini əhatə edəcək keçid dövründən sonra neft bazarlarının yenidən təklif artıqlığı mənzərəsinə qayıdacağı gözlənilir. Bu çərçivədə qlobal neft ehtiyatlarının 2026-cı ilin dördüncü rübündə gündəlik orta hesabla 2,7 milyon barel, 2027-ci il ərzində isə gündəlik orta hesabla 5 milyon barel artacağı qiymətləndirilir.
Hesabatda təklifin istehlakdan daha sürətlə artmaqda davam etməsi səbəbindən proqnoz dövrü ərzində neft qiymətləri üzərində aşağı istiqamətli təzyiqin davam edəcəyi bildirilir.
Qlobal neft tələbi azalma meylinə keçib
Tələb tərəfində isə yüksələn yanacaq qiymətləri, yanacaq təchizatında yaranan çətinliklər və hökumətlərin yanacaq istehlakını məhdudlaşdırmağa yönəlmiş tədbirləri son aylarda neft tələbinin azalmasına səbəb olub. Bunun da qlobal neft ehtiyatlarındakı azalmanı məhdudlaşdırdığı qiymətləndirilir.
Hesabatda qlobal neft istehlakının bu il gündəlik orta hesabla 1,2 milyon barel azalacağı gözlənilir. Bu azalmanın 800 min barellik hissəsinin OECD-yə daxil olmayan ölkələrin payına düşəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, neft qiymətlərinin geriləməsi və təchizat axınlarının tam normallaşması ilə neft tələbinin gələn il yenidən bərpa olunacağı gözlənilir. Buna əsasən, qlobal neft istehlakının 2027-ci ildə gündəlik 2 milyon barel artaraq 104,8 milyon barelə çatacağı və 2025-ci ilin orta göstəricisini gündəlik 800 min barel üstələyəcəyi proqnozlaşdırılır.
ABŞ-da xam neft hasilatında məhdud artım gözlənilir
Digər tərəfdən, ABŞ-da gündəlik orta xam neft hasilatının bu il 13 milyon 780 min barel olacağı gözlənilir. Əvvəlki hesabatda bu göstərici 13 milyon 720 min barel olaraq proqnozlaşdırılmışdı.
Gələn il isə hasilatın gündəlik orta hesabla 14 milyon 30 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Əvvəlki hesabatda bu proqnoz 14 milyon 150 min barel səviyyəsində idi.
Bu il qlobal neft təklifinin gündəlik orta hesabla 101 milyon 890 min barel, qlobal neft istehlakının isə 102 milyon 780 min barel səviyyəsində olacağı təxmin edilir.
Gələn il isə qlobal təklifin gündəlik orta hesabla 109 milyon 840 min barelə, istehlakın isə 104 milyon 810 min barelə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
13 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
29 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
36 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 37 d. əvvəl
-
58 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























