Rusiyanın buğda ixracı 14 faiz artıb
Rusiyanın buğda ixracı 2025-2026-cı kənd təsərrüfatı ilində təxminən 14 faiz artıb.
Marja.az xəbər verir ki, “Rusaqrotrans” Analitik Mərkəzinin “Interfax”a təqdim etdiyi ilkin məlumatlara görə, Rusiya 2025-2026-cı kənd təsərrüfatı ilində 48 milyon ton buğda ixrac edib.
Əvvəlki kənd təsərrüfatı ilində bu göstərici 42,2 milyon ton səviyyəsində idi. Beləliklə, Rusiyanın buğda ixracı illik müqayisədə 13,7 faiz artım göstərib.
“Rusaqrotrans” bildirib ki, qlobal bazarda rəqabətin sərtləşməsinə baxmayaraq, Rusiya ən böyük beş idxalçı ölkənin hamısına buğda tədarükünü artırıb.
Mərkəzin qiymətləndirməsində xüsusilə Yaxın Şərq, Şimali Afrika və Afrikanın digər bölgələri kimi Rusiya üçün mühüm bazarlarda rəqabətin artdığına diqqət çəkilib.
Rusiyanın 2025-2026-cı kənd təsərrüfatı ilində Misirə buğda ixracı 9,7 milyon ton təşkil edib. Əvvəlki kənd təsərrüfatı ilində bu göstərici 8,8 milyon ton idi.
Eyni dövrdə Sudana tədarük 980 min tondan 2,3 milyon tona çatıb. Səudiyyə Ərəbistanına ixrac 1,5 milyon tondan 2 milyon tona, Keniyaya ixrac isə 1,5 milyon tondan 1,9 milyon tona yüksəlib.
“Rusaqrotrans”ın məlumatlarına görə, 12,5 faiz proteinli Rusiya buğdasının iyul çatdırılması üzrə ixrac qiyməti 1-7 iyul həftəsində əvvəlki həftə ilə müqayisədə ton üçün 1 dollar azalıb.
Eyni dövrdə ABŞ buğdasının qiyməti ton üçün 16 dollar, Fransa buğdasının qiyməti isə 1 dollar artıb. 11,5 faiz proteinli Ukrayna buğdası ton üçün 3 dollar ucuzlaşıb, Argentina buğdasının qiyməti isə ton üçün 5 dollar düşüb.
“Rusaqrotrans” bildirib ki, buğda fyuçers bazarı ötən həftə əvvəlki azalmadan sonra bərpa olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























