Hava limanına Trampın adı verilib
Florida ştatının Vest-Palm-Biç şəhərində (West Palm Beach) yerləşən hava limanına rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın adı verilib. Marja xəbər verir ki, bununla da ABŞ tarixində ilk dəfə fəaliyyət göstərən prezidentin adı hava limanına verilib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, cümə axşamından etibarən hava limanı “Prezident Donald C. Tramp Beynəlxalq Hava Limanı” adlandırılacaq.
Keçid prosesi çərçivəsində hava limanının FAA üzrə yerləşmə identifikatoru PBI-dan DJT-yə dəyişdiriləcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) kodunun dəyişdirilməsi isə avqustun 18-də baş tutacaq.
“United Airlines” və “Delta Air Lines” də daxil olmaqla ABŞ-nin aparıcı aviaşirkətləri cümə axşamından etibarən bronlaşdırma səhifələrində yeni DJT kodundan istifadə etməyə başlayıblar. Bununla belə, sərnişinlər uçuş axtarışı zamanı əvvəlki PBI kodundan da istifadə edə biləcəklər.
Hava limanına 12-dən çox aviaşirkət uçuş həyata keçirir. Onların arasında ABŞ-nin aparıcı aviaşirkətləri olan “Delta”, “United”, “American Airlines” və “Southwest Airlines” da var.
Hava limanının adının dəyişdirilməsi Florida qubernatoru Ron DeSantisin bu ilin əvvəlində müvafiq qanun layihəsini imzalamasından sonra həyata keçirilib. Qərar daha sonra FAA tərəfindən də təsdiqlənib.
Hava limanının məlumatına görə, ad dəyişikliyinin 5,5 milyon dollara başa gələcəyi gözlənilir.
Hava limanının sual-cavab bölməsində qeyd olunub ki, Florida ştatı layihəyə 2,75 milyon dollar ayırıb. Keçid prosesinin qalan xərcləri isə yerli Aeroportlar Departamentinin əməliyyat büdcəsi və əsaslı təkmilləşdirmə proqramı hesabına maliyyələşdiriləcək.
Hava limanı prezidentin Florida ştatının Palm-Biç şəhərində yerləşən “Mar-a-Laqo” klubunun yaxınlığındadır. Donald Tramp bu hava limanından tez-tez istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























