Qlobal maliyyə qurumundan neft və dollar proqnozu
Hollandiya mənşəli qlobal maliyyə qurumu olan ING dolların ilin sonuna və 2027-ci ilə doğru cüzi dəyər itirəcəyini gözləyir.
Marja xəbər verir ki, qurum Hörmüz Boğazında neft axınının gözləniləndən daha sürətlə normallaşması səbəbindən ilin qalan hissəsi üzrə Brent markalı neftin qiymət proqnozunu aşağı salıb.
ING-nin qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci yarısında mərkəzi bankların faiz qərarları, enerji qiymətlərindəki dəyişikliklər, ölkələrin iqtisadi bərpa sürəti və siyasi proseslər bazarların diqqət mərkəzində olacaq. Qurum qlobal iqtisadiyyatın ilin birinci yarısı ilə müqayisədə daha sabit və güclü nəticələr göstərəcəyini proqnozlaşdırır. Bununla belə, bu ssenarinin böyük ölçüdə Yaxın Şərqdəki proseslərdən asılı olacağı bildirilir.
Qurumun makroiqtisadi araşdırmalar üzrə direktoru Karsten Bjeski cümə axşamı yayımladığı qiymətləndirmədə mərkəzi bankların təklif şoku ilə mübarizəsinin gündəmi müəyyənləşdirməyə davam edəcəyini bildirib.
“Faiz dərəcələrinin daha da artırılması sürətlə siyasət səhvinə çevrilə bilər. Heç bir addımın atılmaması isə etimad problemi yarada bilər”, – deyən Bjeski əlavə edib:
“Hələ də Avropa Mərkəzi Bankının daha bir ‘sığorta xarakterli’ faiz artımına meyilli olduğunu düşünürük. Digər mərkəzi bankların əksəriyyətinin isə əsasən gözləmə mövqeyində qalacağını proqnozlaşdırırıq”.
Enerji qiymətlərinin azalması fonunda iqtisadi bərpanın ölkələr və regionlar üzrə əhəmiyyətli dərəcədə fərqlənəcəyini bildirən Bjeski deyib:
“Hörmüz Boğazının bağlanmasından ən çox zərər çəkən Asiya iqtisadiyyatları üçün daşımaların bərpası güclü canlanmaya səbəb ola bilər. Avropa və ABŞ-də isə enerji qiymətlərinin azalması istehlakçılara rahatlıq gətirəcək. Avropada bu vəsaitin daha çox yığıma yönəldilməsi ehtimal olunur, ABŞ-də isə istehlak xərclərini dəstəkləyə bilər”.
Neftin qiyməti
ING Hörmüz Boğazında neft axınının gözləniləndən daha sürətlə normallaşması səbəbindən ilin qalan hissəsi üçün Brent markalı neft üzrə proqnozunu aşağı istiqamətdə yeniləyib:
“Artıq 2026-cı ilin üçüncü rübündə Brent neftinin orta qiymətinin bir barel üçün 80 dollar, dördüncü rübdə isə 74 dollar olacağını gözləyirik. Bu proqnoz neft axınında ciddi fasilənin baş verməyəcəyi ehtimalına əsaslanır. Lakin ABŞ ilə İran arasında gərginliyin yenidən artması bu fərziyyəni həddindən artıq nikbin edə bilər”.
FED-in siyasəti
Bjeski bildirib:
“Yanacağın ucuzlaşması istehlakçılara rahatlıq gətirir. Yaxın Şərqdə ciddi eskalasiya baş verməyəcəyi təqdirdə, ABŞ-də inflyasiyanın pik həddə çatmış ola biləcəyini düşünürük. Mənzil kirayələrinin artım tempinin zəifləməsi, əməkhaqqı artımının yavaşıması və gömrük tariflərinin təsirinin azalması texnologiya mənşəli inflyasiya təzyiqlərini böyük ölçüdə kompensasiya edəcək. FED-in 2027-ci ilin yayına qədər faiz dərəcələrini dəyişməyəcəyini gözləyirik”.
Çin iqtisadiyyatı
Çinlə bağlı qiymətləndirməsində Bjeski bildirib:
“2026-cı ilin birinci yarısında iqtisadi artımın illik müqayisədə təxminən 4,8 faiz olacağını gözləyirik. Lakin göstəricilər daha da pisləşərsə, daha güclü iqtisadi dəstək tədbirlərinin görülməsi üçün təzyiq arta bilər”.
O əlavə edib ki, enerji qiymətlərinin azalması və inflyasiyanın zəifləməsi səbəbindən Çin Xalq Bankının üçüncü rübdə faiz dərəcələrini aşağı salacağı gözlənilir.
Valyuta bazarları
Hesabatda ING-nin FED-lə bağlı gözləntiləri fonunda dolların ilin sonuna və 2027-ci ilə doğru cüzi dəyər itirəcəyinin proqnozlaşdırıldığı bildirilib.
QurumŞ 2026-cı ilin sonunda EUR/USD məzənnəsinin 1,18, USD/JPY məzənnəsinin isə təxminən 158 səviyyəsində olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
13 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
29 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
36 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 37 d. əvvəl
-
58 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib


























