PAŞA Bankın IPO-su investorlarına qazanc gətirdi – Dividendlər ödənildi
PAŞA Bank 2025-ci il üzrə dividend ödənişinin ilk mərhələsini başa çatdırıb. İlk mərhələ çərçivəsində səhmdarlara ümumilikdə 53 milyon 521 min 500 manat məbləğində dividend ödənilib. Qeyd edək ki, PAŞA Bankın 2025-ci il maliyyə nəticələri üzrə ümumilikdə 107 milyon AZN məbləğində dividend ödənilməsi təsdiq edilib.18 iyun 2026-cı il tarixində keçirilmiş PAŞA Bank ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Bankın 2025-ci il maliyyə nəticələri üzrə dividend ödənişinin ilk mərhələsi uğurla icra edilib.
Marja.az Banka istinadən xəbər verir ki, ilk mərhələ çərçivəsində səhmdarlara ümumilikdə 53 milyon 521 min 500 manat məbləğində dividend ödənilib. Dividend vəsaitləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 8 iyul 2026-cı il tarixində MDM-in apardığı səhmdarların reyestrində qeydiyyatda olan şəxslərin bank hesablarına köçürülüb.
Qeyd edək ki, PAŞA Bankın 2025-ci il maliyyə nəticələri üzrə ümumilikdə 107 milyon AZN məbləğində dividend ödənilməsi təsdiq edilib. Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) zamanı səhmləri əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdirlər.
Mövcud qanunvericiliyə uyğun olaraq, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Dividend ödənişinin ikinci mərhələsinin 2026-cı ilin oktyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi 19 iyun 2026-cı ildə uğurla başa çatıb. Bu, Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla yanaşı, həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına mühüm töhfə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 7 d. əvvəl
-
11 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
32 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
57 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Expressbank eyni gündə 2 filial açıb
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı




























