Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər
Dolların güclənməsi qızıla zərbə vurur – qiymət proqnozları dəyişdi.Böyük Britaniyanın qlobal bank və maliyyə xidmətləri şirkəti HSBC, ABŞ dollarının bahalaşasının və yüksək faiz dərəcələrinin yaratdığı təzyiqi əsas gətirərək 2026-cı il üçün qızılın orta qiyməti üzrə proqnozunu 6,3% aşağı salıb.
Marja xəbər verir ki, Bank qiymətli metalın il ərzində gözləniləndən daha kəskin ucuzlaşdığını bildirərək sonrakı illər üzrə qiymət proqnozlarına da yenidən baxıb.
HSBC dərc etdiyi yeni əmtəə hesabatında qiymətli metallar bazarı ilə bağlı diqqətçəkən təhlil və proqnozlarını açıqlayıb.
Bankın qiymətli metallar üzrə baş analitiki Ceyms Stil tərəfindən hazırlanan hesabatda qızıl ilin əvvəlindən bəri gözləniləndən xeyli daha kəskin ucuzlaşdığı vurğulanıb.
Stil bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) sərt monetar siyasət mövqeyi və HSBC-nin valyuta araşdırmaları komandasının ABŞ dollarının qlobal miqyasda daha da möhkəmlənəcəyi ilə bağlı gözləntiləri səbəbindən bank həm 2026-cı il üçün qızılın orta qiyməti üzrə proqnozunu, həm də 2027-ci ilə dair gözləntilərini aşağı istiqamətdə yeniləməli olub.
Bu strateji dəyişiklik nəticəsində bank 2026-cı il üçün daha əvvəl açıqladığı qızılın orta qiyməti üzrə proqnozunu 6,3% azaldaraq bir unsiya üçün 4 min 560 dollara endirib.
Uzunmüddətli perspektiv və geniş qiymət diapazonu
Hesabatda qlobal geosiyasi risklərin və makroiqtisadi qeyri-müəyyənliklərin təsiri altında keçəcəyi gözlənilən 2026-cı ilin qalan hissəsi üçün geniş qiymət dəyişkənliyi diapazonuna diqqət çəkilib.
HSBC analitikləri qızılın bir unsiyasının ilin qalan dövründə 3 min 800 – 4 min 700 dollar arasında geniş diapazonda ticarət olunacağını proqnozlaşdırırlar. Bununla yanaşı, bank 2026-cı ilin sonuna qızılın qiymətinin bir unsiya üçün 4 min 750 dollar səviyyəsində sabitləşəcəyini gözləyir.
Qısamüddətli təzyiqlərə baxmayaraq, proqnozların aşağı salınması uzunmüddətli gözləntilərə ciddi təsir göstərməyib.
Analitiklər 2026-cı il üzrə kəskin azalmadan sonra 2027-ci il üçün orta qiymət proqnozunu da bir unsiya üçün 5 min dollardan 4 min 925 dollara endirdiklərini açıqlayıblar. Bununla belə, bank qlobal iqtisadiyyatda mövcud olan struktur risklərin uzunmüddətli dövrdə qızıla təhlükəsiz aktiv kimi tələbi yüksək səviyyədə saxlayacağına inanır.
Bu çərçivədə HSBC daha uzunmüddətli proqnozlarında dəyişiklik etməyib. Bank 2028-ci il üçün qızılın bir unsiyasının qiyməti üzrə proqnozunu 5 min 200 dollar, 2029-cu il üçün isə 5 min 300 dollar səviyyəsində saxlayıb.
İnvestorlar FED-in qarşıdakı dövrdə atacağı addımların və dollar indeksindəki faktiki dəyişikliklərin bu proqnoz trayektoriyasına necə təsir göstərəcəyini diqqətlə izləyirlər.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 19:10-da qlobal birjalarda qızıl 0,6% uczlaşma ilə 4 min 99 dollara ticarət olunub. Bu gün qızılın qiyməti 4 min 73 dollaradək düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























