Qeyri-neft ixracından 1,8 milyard dollar gəlir – ən böyük artım bu məhsullardadır
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17% artıb - 6 ayda 1,8 milyard dollarlıq ixracİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin iyul sayına dair ilkin göstəriciləri təqdim edib.
Marja xəbər verir ki, icmala əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Cari ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 381,9 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4 faiz artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) isə 17,3 faiz artaraq 206,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50%, alüminium və ondan hazırlanan məmulatlar 40,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1%, pambıq lifi 26,3%, meyvə-tərəvəz 18,9%, çay 19,4%, spirtli və spirtsiz içkilər isə 2,9% artıb.
2026-cı ilin yanvar-iyun aylarında aqrar məhsullar üzrə ixrac 23,9% artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 35,3% artaraq 195,9 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,6% artaraq 759,8 milyon ABŞ dollarına bərabər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
20 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
45 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























