Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması gündəmə gətirilməlidir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şurasının üzvü Fərid Kazımov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, yalnız aidiyyəti dövlət qurumlarının deyil, ümumiyyətlə, dilerlərin və istifadəçilərin çıxışı ola biləcəyi bir platforma olmalıdır: "Orada avtomobil ölkəyə daxil olan zaman bütün məlumatlar, təmir məsələləri, qəzalar, avtomobilin sürücüləri kimlər olub və sair qeyd edilməlidir. Belə bir rəqəmsal pasport olsa, zənnimcə, çox yaxşı olar. Bu model artıq Avropada tətbiq olunur. Bu nəyə kömək edəcək? Məsələn, kimsə avtomobili servisdə təmir etdirirsə, həmin servisin təmir məlumatlarını rəqəmsal pasporta daxil etməsi üçün imkanlar yaradılmalıdır. Bu, avtomobil bazarını "boz kölgədən" bir az daha şəffaf müstəviyə çıxara bilər".
"Problemlərdən biri də ölkəyə avtomobil gətirilən zaman bəzi dilerlər tərəfindən dələduzluq hallarının olması ilə bağlıdır. Azərbaycanda daşınmaz əmlak sahəsində tətbiq olunan bir model var. Evi almamışdan qabaq pulu bank hesabına qoyursan, bütün sənədləşmə işləri həll olunandan sonra satıcı pulu götürə bilir. Bu model avtomobil sahəsində də tətbiq olunsun. Məsələn, 20-30 % avans birbaşa satıcıya verilmir, bank hesabında qalır. Avtomobil ölkəyə daxil olandan və alıcı onu təhvil alandan sonra satıcı həmin pulu bankdan çıxara bilir. Bu, daşınmaz əmlakdakı kimi bir modeldir. Düzdür, dilerlərin işinə bir az uyğun gəlməyə bilər, amma müəyyən mənada dələduzluğun qarşısını almaq üçün atılan addımlardan biri olar", - deyə ekspert əlavə edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























