Bu kənddə inşa olunacaq məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur - TƏMƏLİ QOYULDU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verdi.
Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.
Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.
Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.
Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.
Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.
Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.
Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.
Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.
Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.
Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoydular.
Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış oldular.
Diqqətə çatdırıldı ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 6 d. əvvəl
-
27 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
39 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
49 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib





























