"Rabitəbank" ilk 6 ayı üzrə maliyyə nəticələrini açıqladı
"Rabitəbank" ASC 2026-cı ilin ilk altı ayı üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə "Rabitəbank" 5 milyon 604 min manat xalis mənfəət əldə edib. 2026-cı ilin II rübünün yekunlarına əsasən, Bankın ümumi aktivləri isə 1 milyard 398 milyon manat olub.
Kredit portfeli artımını davam etdirir
Rabitəbankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 995 milyon 84 min manata yüksəlib. Kreditləşmədə əldə olunan artım həm fərdi müştərilərin, həm də sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə göstərilən dəstəyin davamlı xarakter daşıdığını göstərir.
Kredit portfelinin strukturunda biznes kreditləri əsas paya sahib olmaqla 4,3% artaraq 436 milyon 228 min manat təşkil edib. İstehlak kreditləri portfeli 6,8% artımla 360 milyon 709 min manata, ipoteka kreditləri isə 7% artaraq 198 milyon 147 min manata yüksəlib.
Faiz gəlirlərində əhəmiyyətli artım
Bankın faiz gəlirləri də hesabat dövründə müsbət dinamika nümayiş etdirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artan faiz gəlirləri 77 milyon 616 min manat təşkil edib. Bu nəticə Bankın kredit portfelinin səmərəli idarə olunmasını və əsas bankçılıq fəaliyyətindən əldə olunan gəlirlərin artımını əks etdirir.
Fiziki şəxslərin əmanət portfeli
Hesabat dövrünün sonunda Rabitəbankın fiziki şəxslər üzrə əmanət portfeli 619 milyon 497 min manat təşkil edib. Bank müştərilərinin əmanətlərinin idarə olunması istiqamətində fəaliyyətini davam etdirərək, fərqli maliyyə ehtiyaclarına uyğun əmanət məhsulları təqdim etməyə davam edir.
Kapital göstəriciləri üzrə nəticələr
Hesabat dövrünün sonunda Rabitəbankın məcmu kapitalı isə tutulmalardan sonra 130 milyon 84 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
13 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
29 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
36 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 37 d. əvvəl
-
58 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

























