Expressbank yarım ildə ötən ilin yekun nəticəsini üstələyib
Expressbank 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Expressbank-ın yaydığı press-relizdə bildirilir ki, Bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% yüksəldib. Belə ki, 2025-ci ilin ikinci rübündə 4 milyon 297 min manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7 milyon 397 min manata çatıb.
Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8% artaraq 12 milyon 782 min manata çatıb. Faiz gəlirləri və xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8% və 10.6% artım əldə olunub.
Bankın aktivləri də artım trendini davam etdirib. 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, Expressbankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7% artaraq 704 milyon 969 min manat təşkil edib.
Kredit portfeli 18,1 milyon manat artaraq 567 milyon 815 min manata yüksəlib.
Hesabat dövrünün diqqətçəkən nəticələrindən biri də depozit portfelində qeydə alınan artım olub. Müştərilərin banka olan etimadının göstəricisi kimi qiymətləndirilən depozit portfeli 40,6 milyon manat və ya 13% artaraq 352 milyon 62 min manata yüksəlib. Xüsusən, fiziki şəxslərin Banka yerləşdirdikləri əmanətlər 19% artım göstərərək 259 milyon 747 min manatdan 309 milyon 38 min manata çatıb.
Əldə olunan maliyyə nəticələri Expressbankın dayanıqlı inkişaf tempini və bazardakı mövqeyinin gücləndiyini bir daha təsdiqləyir. Qeyd edək ki, Bank xidmət şəbəkəsinin genişləndirilməsi və rahat bank xidmətlərini daha əlçatan etmək məqsədilə, cari ayın sonunadək 2 yeni filialının qapılarını müştərilərinə açmağı planlaşdırır.
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Expressbank ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
11 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 54 d. əvvəl
-
58 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























