Bank Respublika 2026-cı ilin ilk yarımilini əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artımla başa vurub
Bank Respublika 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıbAzərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqlayıb.
Bank Respublika-nın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə Bank əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib, maliyyə dayanıqlığını qoruyub saxlayıb və real sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirib.
İlk yarımilin nəticələri Bankın dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini və müştərilər, tərəfdaşlar, eləcə də beynəlxalq maliyyə institutları tərəfindən göstərilən etimadın davamlı olaraq artdığını nümayiş etdirir.
2026-cı ilin ilk yarımili üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):
• Aktivlər 2,2% artaraq 2,72 milyard manata çatıb;
• Məcmu kapital 17,4% artaraq 279,6 milyon manat təşkil edib;
• Kredit portfeli 11,5% artaraq 1,70 milyard manata yüksəlib;
• Xalis faiz gəlirləri 17,4% artaraq 95,8 milyon manat olub;
• Xalis əməliyyat mənfəəti 28,5% artaraq 46,1 milyon manata çatıb;
• Xalis mənfəət 23,7% artaraq 34,5 milyon manat təşkil edib;
Depozit portfeli 1,1 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir.
Maliyyə dayanıqlığının əsas göstəriciləri:
• I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,61% (normativ: 6,5%);
• Məcmu kapitalın adekvatlıq əmsalı - 14,65% (normativ: 12,5%);
• Leverec əmsalı - 7,53% (normativ: 5%);
• Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 0,74%-ə enib (2025-ci ilin sonu: 0,9%).
Qeyd edilib ki, maliyyə göstəricilərində əldə olunan artımla yanaşı, Bank Respublika 2026-cı ilin ilk yarısında da aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirərək ölkənin real sektorunun maliyyələşdirilməsi imkanlarını artırmağa davam edib. Hesabat dövründə Bank EIB Global, OPEC Fund və Finnfund ilə yeni əməkdaşlıq sazişləri imzalayıb. Bu sazişlər mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl maliyyələşdirmənin inkişafına, eləcə də biznesin uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Nəticədə, 2026-cı ilin birinci yarımilliyinin yekunlarına əsasən maliyyə sektoru institutlarından cəlb edilmiş vəsaitlərin həcmi 1,26 milyard manata çataraq, ötən ilin sonu ilə müqayisədə 22,1% artmışdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 6 d. əvvəl
-
27 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
39 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
49 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib





























