ABB daha bir mühüm addım atıb - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzaladı
iTicket-in biletlərini ABB mobile-dan almaq mümükn olacaqMüştərilərin həyat tərzi tərəfdaşı olan ABB ölkəmizdə həyat tərzi bankçılığının inkişafı istiqamətində daha bir mühüm addım atıb. Bank onlayn və mərkəzləşdirilmiş bilet xidməti platforması - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb.
Bu tərəfdaşlıq Beyond Banking həllərinin köməyi ilə müştərilər üçün müxtəlif mədəniyyət və əyləncə tədbirlərinə çıxışı daha da rahat, əlçatan edir.
Tərəfdaşlıq sənədinə uyğun şəkildə ABB mobile tətbiqində ayrıca “iTicket guşəsi” olacaq, tətbiq istifadəçiləri iTicket-in biletlərini elə ABB mobile-dan ala biləcəklər. iTicket platforması istifadəçiləri platformadakı “ABB Zone” kateqoriyasının və ayrıca məlumat xarakterli səhifənin üstünlüklərindən yararlanacaq, ödənişlərini ABB ilə həyata keçirəcəklər.
Tətbiq və internet platformaları üzərindən inteqrasiyaların inkişaf etdirilməsi, yeni funksionallıqların qurulması, müştərilər üçün əlavə imtiyazlar yaradan birgə kampaniyaların həyata keçirilməsi və s. də strateji tərəfdaşlığa daxildir.
Belə bir tərəfdaşlıq müştəri təcrübələrini daha da zənginləşdirəcək, insanların həyat tərzinə onların fərdi ehtiyaclarına uyğun yeni dəyərlər gətirəcək. iTicket-in onlayn bilet satışı sahəsindəki təcrübəsi ilə ABB-nin geniş müştəri bazasının, rəqəmsal infrastrukturunun bir araya gəlməsi ölkəmizdə həyat tərzi bankçılığının inkişafına xidmət edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























