50 milyon dollara satıldı – hərrac tarixinin ən bahalı dinozavr skeleti oldu
Varlı kolleksiyaçılar uzunmüddətli dəyərə malik nadir aktivlər axtarırlar."Tyrannosaurus rex" növünə aid skelet nümunəsi “Sotheby’s” hərracında 50,1 milyon dollara satılaraq indiyədək hərracda satılmış ən bahalı dinozavr fosili (sümük qalıqları, skelet) olub.
Marja xıbır verir ki, dinozavr fosillərinin hərrac qiymətlərində müşahidə olunan yüksəliş fonunda “Gus” adı verilən "T. rex"in satış qiyməti 20–30 milyon dollarlıq ilkin qiymətləndirməni xeyli üstələyib. Yeddi iştirakçı arasında 10 dəqiqə davam edən gərgin qiymət mübarizəsindən sonra skelet 50,1 milyon dollara satılıb.
Bununla da “Gus” 2024-cü ildə “Sotheby’s” tərəfindən 44,6 milyon dollara satılan və “Apex” ləqəbi verilmiş Stegosaurus skeletinin rekordunu yeniləyib. “Apex”i milyarder hedc-fond meneceri Ken Qriffin almışdı.
Təxminən 67 milyon il yaşı olan “Gus” ABŞ-ın Cənubi Dakota ştatında aşkarlanıb. İndiyədək tapılmış ən bütöv dinozavr nümunələrindən biri kimi təqdim edilən skelet 183 fosilləşmiş sümük elementindən ibarətdir və sümük sayına görə təxminən 61 faiz tamdır.
“Sotheby’s”in məlumatına görə, fosilin uzunluğu təxminən 38 fut — 11,6 metr, hündürlüyü 12,5 fut — 3,8 metr, kəlləsinin uzunluğu isə 54 düym — 137 santimetrdir. Bu göstəricilər “Gus”u indiyədək aşkarlanmış ən iri T. rex fosillərindən birinə çevirir.
Fosildə müxtəlif xəsarətlərin izləri də müəyyən edilib. Bunlara bir neçə qabırğada və qarın sümük elementlərində sınıq və sağalma izləri, eləcə də kəllə sümüklərində dişləmə izləri daxildir.
“Gus təkcə müstəsna tapıntı deyil, həm də böyük peşəkarlıqla qazılmış, sənədləşdirilmiş, hazırlanmış və qorunmuş bir nümunədir”, – deyə “Sotheby’s”in sədr müavini, elm və təbiət tarixi üzrə qlobal bölməsinin rəhbəri Kassandra Hatton bildirib.
Dinozavr fosilləri kolleksiya bazarının ən sürətlə böyüyən seqmentlərindən birinə çevrilib. Varlı kolleksiyaçılar uzunmüddətli dəyərə malik nadir aktivlər axtararkən, hərrac evləri də satışlarını şaxələndirmək üçün incəsənətdən kənar kateqoriyalara üz tuturlar.
“Stan” adı verilən başqa bir T. rex nümunəsi 2020-ci ildə “Christie’s” hərracında 31,8 milyon dollara satılmışdı.
“Gus”un rekord nəticəsinin daha çox dinozavr fosilinin satışa çıxarılmasını təşviq edəcəyi gözlənilir. Bununla belə, paleontoloqlar və digər mütəxəssislər sektorda fosillərin orijinallığının və həqiqiliyinin yoxlanılması üçün yetərli təminat və nəzarət mexanizmlərinin olmadığını bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























