Azərbaycana çay idxalı azalıb – 6 ayda 40 milyon dollara yaxın xərc
Çay idxalında geriləmə – Ölkəyə 530 ton az məhsul gətirilib.2026-cı ilin yanvar–iyun aylarında Azərbaycana 6 min 521,67 ton çay idxal edilib. İdxal olunan çayın statistik dəyəri 39 milyon 487,15 min ABŞ dolları olub.
Marja.az Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə 7 min 51,37 ton çayın idxalına 42 milyon 850,95 min dollar xərclənmişdi.
Beləliklə, çay idxalı fiziki həcmdə 529,7 ton və ya 7,5%, statistik dəyər ifadəsində isə 3 milyon 363,8 min dollar və ya 7,9% azalıb.
Bir ton çaya düşən orta statistik idxal dəyəri demək olar sabit qalaraq 6 min 77 dollardan 6 min 55 dollara enib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Azərbaycanın çay ixracı 24 faizə yaxın artıb
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan 437,2 ton çay ixrac edilib. Çay ixracından 3 milyon 801,4 min ABŞ dolları gəlir əldə olunub. Ötən ilin eyni dövründə 353,3 ton çayın ixrac dəyəri 3 milyon 185 min dollar təşkil etmişdi. Beləliklə, ixracın fiziki həcmi 23,7 faiz, gəlirlər isə 19,4 faiz artıb.
Məhsulun orta ixrac qiyməti təxminən 3,6 faiz azalsa da, satış həcminin genişlənməsi ümumi gəlirlərin artmasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
19 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























