Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri
Avropa İttifaqı (Aİ) enerji idxalına çəkilən xərclərin artması fonunda may ayında 12,1 milyard avro xarici ticarət kəsiri verib. Avrozonanın ticarət kəsiri isə həmin ay 7,8 milyard avro təşkil edib.Avropa Statistika İdarəsi (Eurostat) Aİ və Avrozonanın may ayı üzrə beynəlxalq ticarət göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, Aİ-nin ixracı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 215,7 milyard avroya, idxalı isə 10,8% yüksələrək 227,8 milyard avroya çatıb. Nəticədə Aİ may ayında 12,1 milyard avro xarici ticarət kəsiri ilə üzləşib. Halbuki ötən ilin mayında Aİ-nin xarici ticarətində 12,7 milyard avro profisit qeydə alınmışdı.
Aİ-nin ticarət balansındakı dəyişiklik əsasən enerji məhsulları üzrə kəsirin artması, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, eləcə də kimya məhsulları üzrə profisitin azalması ilə əlaqələndirilib.
Avrozonada ixrac may ayında illik müqayisədə 0,1% artaraq 243,6 milyard avroya, idxal isə 10% yüksələrək 251,4 milyard avroya çatıb. Beləliklə, Avrozona may ayında 7,8 milyard avro ticarət kəsiri verib. Ötən ilin mayında isə regionun ticarət balansında 15 milyard avro profisit qeydə alınmışdı.
May ayında Aİ ölkələrindən ən çox mal idxal edən ölkə 40,8 milyard avroluq göstərici ilə ABŞ olub. Sonrakı yerlərdə 29,9 milyard avro ilə Böyük Britaniya, 19,9 milyard avro ilə İsveçrə, 15,5 milyard avro ilə Çin və 8,5 milyard avro ilə Türkiyə qərarlaşıb.
Eyni dövrdə Aİ-yə ən çox ixrac həyata keçirən ölkələr sırasında Çin 46,3 milyard avro ilə birinci olub. Siyahıda daha sonra 32,9 milyard avro ilə ABŞ, 14,5 milyard avro ilə Böyük Britaniya, 12,5 milyard avro ilə İsveçrə, 10,2 milyard avro ilə Norveç və 8,5 milyard avro ilə Türkiyə yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
11 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 54 d. əvvəl
-
58 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























