Bank of America-dan xəbərdarlıq: Qızıl daha da ucuzlaşa, unsiyası 3315 dollaradək düşə bilər
Qlobal bank və maliyyə xidmətləri şirkəti "Bank of America"nın (BofA) texniki analitikləri qızılın ilin əvvəlindən bəri davam edən korreksiyasının (qiymətinin düşməsinin) daha böyük miqyasda davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Marja xəbər verir ki, Bank analoji vəziyyəti, qızılın, 1980 və 2011-ci illərdə qeydə alınmış yüksək səviyyələrdən sonra baş verən kəskin “ayı bazarları” ilə (ucuzlaşma) müqayisə edib.
BofA mərhələli alış strategiyası təqdim edib. Bu strategiyaya əsasən, investorların geniş qızıl alışlarına başlamaları yalnız qiymətlərin 3450–3250 dollar intervalına enməsindən sonra məqsədəuyğun hesab olunur.
BofA texniki təhlil hesabatında uzunmüddətli eniş riskini artıran bir neçə neqativ siqnalın eyni vaxtda meydana çıxdığını bildirib. Bunlara “ölüm kəsişməsi” modelinin formalaşması, xalis uzun mövqelərin yüksək səviyyəsi, "təhlükəli zirvə şamı," TD Sequential indikatorunun tükənmə siqnalı və qızılın son maksimumunda Nisbi Güc İndeksinin (RSI) 90 səviyyəsinə çatması daxildir.
Bankın məlumatına görə, RSI-nin 90 səviyyəsinə yüksəlməsi 1980 və 2011-ci illərdə qeydə alınmış yüksək səviyyələr zamanı müşahidə edilən göstəricilərlə uyğunluq təşkil edir.
XAU/USD cütlüyünün qiyməti ilin əvvəlindən bəri 7,8 faiz azalıb. 2026-cı ilin ən yüksək səviyyəsindən isə ucuzlaşmaı 29 faizə yaxınlaşıb. Bakı vaxtı ilə saat 08:30-da qlobal bazarlarda qızıl 3985 dollara ticarət olunub.
2026-cı ilin ən yüksək səviyyəsi: 5608,35 dollar/unsiya
17 iyul qiyməti: 3985,20 dollar/unsiya
Ucuzlaşma: 1623,15 dollar və ya 28,9%
BofA kifayət qədər sərt tarixi müqayisə də təqdim edib. Bankın məlumatına görə, 1970-ci ildən bu yana qızıl bazarında qeydə alınmış üç “ayı bazarı”nın hər birində qiymətlər əvvəlki yüksəlişin ən azı 50 faizini geri verib. BofA-nın hesablamalarına əsasən, qızılın qiymətinin 2026-cı ilin əvvəlində qeydə alınmış ən yüksək səviyyədən 3315 dollara qədər enməsi riski mövcuddur.
BofA hesab edir ki, hazırkı korreksiya (ucuzlaşma) daha uzunmüddətli “ayı bazarı”nın başlanğıcı olarsa, 2026-cı ilin ikinci yarısında qızıl daha ciddi təzyiqlə üzləşə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
16 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
32 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
39 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

























