Netflix-in gəlirləri proqnozdan aşağı olub, səhmləri 9%-dən çox ucuzlaşıb
Netflix-in ikinci rüb ərzində gəliri 13% artaraq 12,56 milyard dollar, xalis mənfəəti 8,8% artaraq 3,40 milyard dollar təşkil edib.Marja xəbər verir ki, Uoll-Strit (Wall Street) şirkətin reklam biznesi və istifadəçi fəallığı göstəricilərini diqqətlə izləyir.
Netflix-in səhmləri cümə axşamı əsas ticarət sessiyasından sonrakı əməliyyatlarda 9%-dən çox ucuzlaşıb. Görünür, şirkətin mənfəət proqnozu investorların gözləntilərini növbəti dəfə doğrultmayıb.
LSEG-in (London Stock Exchange Group) sorğusunda iştirak edən analitiklərin proqnozları ilə müqayisədə Netflix-in iyunun 30-da başa çatan dövr üzrə nəticələri belə olub:
- Bir səhmə düşən mənfəət: proqnozlaşdırılan 79 sentə qarşı 80 sent
- Gəlir: gözlənilən 12,59 milyard dollara qarşı 12,56 milyard dollar
Netflix-in gəliri illik müqayisədə 13% artaraq 12,56 milyard dollara çatıb, lakin analitiklərin proqnozundan cüzi aşağı qalıb. Artım abunəçi sayının çoxalması, qiymətlərin yüksəldilməsi və reklam gəlirlərinin artması ilə əlaqələndirilib.
Netflix bu ilin əvvəlində bütün yayım paketləri üzrə abunə qiymətlərini artırmışdır. Şirkət cümə axşamı bildirib ki, qiymət artımlarının nəticələri əvvəlki dəyişikliklərə və gözləntilərə uyğun olub.
Netflix-in ikinci rübdə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artaraq 3,40 milyard dollar və ya hər səhm üzrə 80 sent təşkil edib. Ötən ilin eyni dövründə şirkət 3,13 milyard dollar və ya hər səhm üzrə 72 sent xalis mənfəət açıqlamışdı.
Netflix üçüncü rübdə gəlirlərinin 12% artacağını gözləyir və 2026-cı il üzrə proqnozunun əvvəlki gözləntilərlə uyğun olduğunu bildirib. Şirkət bütün maliyyə ili üzrə gəlir proqnozu diapazonunu əvvəlki 50,7–51,7 milyard dollardan 51–51,4 milyard dollara yüksəldib.
Cümə axşamı keçirilən maliyyə nəticələrinə dair mətbuat konfransı zamanı analitiklərin əsas diqqəti istifadəçi fəallığı ilə bağlı məsələlərə yönəlib.
Reklam gəlirləri 3 milyard dollara çata bilər
Netflix reklam gəlirlərinin illik müqayisədə təxminən iki dəfə artaraq 3 milyard dollara çatacağını hələ də gözləyir. Şirkət ABŞ-də “Upfront” danışıqları çərçivəsində reklamçılarla müzakirələrin “qabaqcıl mərhələdə” olduğunu və öhdəliklər üzrə razılaşmaların yaxın həftələrdə tamamlanacağını bildirib.
Qadınlar arasında futbol üzrə dünya çempionatı, NFL oyunlarının sayının artırılması, MLB tədbirləri və WWE yayımları reklamçılar tərəfindən yüksək tələblə qarşılanıb.
Netflix son illərdə yeni gəlir mənbəyi kimi daha ucuz, reklam dəstəkli abunə paketini istifadəyə verib. Qreq Piters bildirib ki, şirkət qiymətləri, paket seçimlərini və təkliflərin genişləndirilməsi imkanlarını daim nəzərdən keçirir.
Pulsuz paket də nəzərdən keçirilir
Netflix-in mümkün seçimlərindən biri pulsuz paket ola bilər. Piters bildirib ki, belə bir model bəzi bazarlarda məqsədəuyğun ola bilər, lakin ödənişli paketlərin abunəçilərini itirməsi riski diqqətlə qiymətləndirilməlidir.
“Belə bir təklifin iqtisadi baxımdan işlək olması üçün namizəd ölkədə genişmiqyaslı və səmərəli reklam biznesinin mövcudluğu mühüm şərtdir”, – Piters deyib.
Onun sözlərinə görə, Netflix pulsuz paket variantını nəzərdən keçirməyə davam edəcək, lakin şirkətin yaxın perspektivdə belə bir xidməti istifadəyə vermək planı yoxdur.
Rəqabət Netflix-i yeni addımlara sövq edir
Bu dəyişikliklər media bazarında rəqabətin güclənməsi fonunda baş verir. Netflix səhmdarlara ünvanladığı məktubda əyləncə sənayesinin “dinamik və rəqabətli” olaraq qaldığını vurğulayıb.
Netflix ötən ilin sonunda Warner Bros. Discovery-nin film və yayım biznesini almağa cəhd göstərsə də, sonradan sövdələşmədən imtina edib. Təklif Netflix-in digər aktivləri almaqda maraqlı olub-olmadığı barədə geniş müzakirələrə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
54 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























