"Wizz Air" oktyabrda Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayacaq
Bu ilin oktyabr ayından Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan "Wizz Air" Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, Bakı aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır:
"Hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısını aşağıbüdcəli və hibrid biznes modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir. Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir. "Wizz Air", "Pegasus Airlines", "Air Arabia", "Flydubai", "Flynas" və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı təqdim edir".
Məlumatda qeyd edilib ki, 2026-cı ildə marşrut şəbəkəsi yeni istiqamətlərlə genişlənməyə davam edib. "FLYONE Asia" Daşkənd, "FLYONE" isə Kişineu istiqaməti üzrə müntəzəm uçuşlara başlayıb.
"Yeni aviaşirkətlərin və marşrutların cəlb edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl inkişaf strategiyasının tərkib hissəsidir. Bu, sərnişinlər üçün daha geniş marşrut və tarif seçimi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hava nəqliyyatı şəbəkəsində əlaqəliliyinin güclənməsinə töhfə verir", - Bakı aeroportundan bildirilib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
29 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
38 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























