"Bank of Baku" "Mastercard"ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihələrindən birinə tərəfdaş oldu
RƏQƏMSALLAŞMA SÜRƏTLƏ DAVAM EDİR!Bank of Baku və Mastercard süni intellekt və qabaqcıl analitika vasitəsilə problemli kreditlərin ödənişlərinin yığımı strategiyalarını yenidən formalaşdırmaq üçün strateji tərəfdaşlığa başladıqlarını elan ediblər.
Belə ki, tərəflər Azərbaycanda problemli kreditlərin ödənişlərinin yığımının optimallaşdırılması ilə bağlı yeni süni intellekt əsaslı layihə üzrə əməkdaşlığa başlayıblar. Bu tərəfdaşlıq kredit portfeli və borc yığımının idarəetməsi üzrə daha çox data əsaslı, operativ və fərdi qərarverməni dəstəkləyəcək.
Mastercard-ın Azərbaycanda bu istiqamətdə ilk təşəbbüsü olan bu layihə “Mastercard Advisors”un süni intellekt əsaslı qərarvermə imkanlarını Bank of Baku-nun bank infrastrukturu ilə birləşdirərək banka borc yığımı proseslərinin səmərəliliyini artırmağa, müştərilərlə qarşılıqlı əlaqəni yaxşılaşdırmağa və data əsaslı analitik məlumatlar vasitəsilə daha yüksək nəticələrə nail olmağa kömək edəcək.
“Mastercard Advisors”un Bank of Baku ilə süni intellekt və analitika əsaslı kredit idarəetməsi sahəsindəki ilk böyük əməkdaşlığı problemli kreditlərin ödənişlərinin yığımı üzrə göstəricilərin yaxşılaşdırılmasına, monitorinq mexanizmlərinin təkmilləşdirilməsinə, daha dəqiq, operativ və analitik məlumatlara əsaslanan qərarvermənin dəstəklənməsinə yönələcək. Təşəbbüs müştəri davranışını daha dərindən təhlil etməyə, portfel tendensiyalarını erkən mərhələdə müəyyənləşdirməyə və data əsaslı strategiyaları optimallaşdırmağa xidmət edir. “Mastercard”ın süni intellekt və data imkanlarının tətbiqi sayəsində layihə borc yığımının optimallaşdırılmasına daha proaktiv yanaşmanı dəstəkləyəcək. Bu isə banka resursları daha effektiv bölüşdürməyə və qabaqlayıcı tədbirlər görməyə imkan verəcək.
“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Onur Faydacı bildirib ki, “Dünya üzrə təşkilatların 80%-dən çoxu ən azı bir biznes funksiyasında süni intellektdən istifadə edir. Süni intellekt maliyyə institutlarına yeni imkanlar yaradır, qərarverməni təkmilləşdirir və daha ağıllı, təhlükəsiz həllər təqdim etməyə imkan verir. Mastercard-ın Azərbaycanda süni intellekt əsaslı kredit idarəetməsi və problemli kreditlərin ödənişlərinin yığımının optimallaşdırılması yönündə ilk təşəbbüsü üzrə Bank of Baku ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Bu əməkdaşlıq süni intellektin konsepsiyadan real nəticəyə necə keçə biləcəyini nümayiş etdirməklə, maliyyə institutlarına mürəkkəb datanı uzunmüddətli biznes performansını dəstəkləyən analitikaya çevirməyə imkan yaradır”.
Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev tərəfdaşlığın bankın rəqəmsal transformasiya və müştəriyönümlü qərarvermə yanaşması baxımından əhəmiyyətini vurğulayaraq bildirib:
“Bank of Baku olaraq rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi prioritet strateji hədəfimizdir. Bu yanaşma bizim üçün yalnız texnoloji yenilənmə deyil, həm də daha çevik, dəqiq və müştəriyönümlü qərarvermə vasitəsilə xidmət keyfiyyətinin daha da yüksəldilməsi deməkdir. Mastercard ilə başlatdığımız bu strateji əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inanırıq. Maliyyə və risklərin idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqi problemli aktivlərə daha fərdi, operativ və effektiv yanaşmağa imkan yaradacaq. Nəticə etibarilə, bu layihə həm biznes səmərəliliyinin artırılmasına, həm də kredit portfelinin keyfiyyətinin və dayanıqlılığının qorunmasına töhfə verəcək”.
Tərəfdaşlıq bankçılıq sektorunda analitik məlumatlara əsaslanan qərarverməyə doğru daha geniş keçidi əks etdirir. “Mastercard Advisors”un süni intellekt əsaslı analitikası, tövsiyələri, təkmilləşdirilmiş monitorinqi və praktiki əməliyyat analitikası vasitəsilə layihə daha adaptiv və miqyaslana bilən kredit və borc yığımı təcrübələrini tətbiq edəcək.
“Bank of Baku” haqqında
32 ildən çoxdur ki, fəaliyyət göstərən Bank of Baku ASC Azərbaycanın aparıcı banklarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə innovativ maliyyə məhsulları və xidmətləri, o cümlədən istehlak və biznes kreditləri, depozitlər, sürətli pul köçürmələri və plastik kartlar təqdim edir. Fəaliyyəti boyunca “Sizə yaxın bankçılıq” şüarına sadiq qalan Bank of Baku hazırda 21 filialında 1 milyondan çox müştəriyə bankçılıq xidmətləri təqdim edir.
“Mastercard” haqqında
“Mastercard” 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanların həyatını asanlaşdırır. Biz tərəfdaşlarımızla birlikdə hər kəsin rahatlığı hiss edə biləcəyi dayanıqlı bir iqtisadiyyat qururuq. Təhlükəsiz, sadə, ağıllı və əlçatan tranzaksiyalar üçün geniş çeşiddə rəqəmsal ödəniş həllərini dəstəkləyirik. Bizim texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlara, bizneslərə və hökumətlərə öz potensiallarını maksimum reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir. www.mastercard.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
7 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
16 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
22 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 25 d. əvvəl
-
1 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
























