Brent neftin qiyməti yenidən 90 dolları keçdi
ABŞ-İran gərginliyi fonunda Yaxın Şərq riskləri artırBazar ertəsi neft qiymətləri yüksəlib. Marja xəbər verir ki, ABŞ-nin növbəti zərbələri və amerikalı hərbçilər arasında itkilərin qeydə alınmasından sonra ABŞ ilə İran arasındakı münaqişə Hörmüz boğazından neft, maye qaz və gübrə nəqlində fasilələrin yaranacağı ilə bağlı narahatlığı gücləndirib.
Brent markalı neftin qiyməti təxminən 2,57% artaraq bir barel üçün 90 dolları keçib (Bakı vaxtı ilə saat 09:10-da 90,36 dollara ticarət olunub). ABŞ-nin West Texas Intermediate (WTI) markalı nefti isə təxminən 2,29% bahalaşaraq 84,38 dollara yüksəlib.
Gərginliyin son mərhələsi ABŞ ordusunun son əməliyyatlarda üçüncü amerikalı hərbçinin həlak olduğunu təsdiqləməsindən sonra baş verib. Eyni zamanda, müstəntiqlər İordaniyada İranın hücumunun baş verdiyi ərazi yaxınlığında kimliyi müəyyənləşdirilməyən şəxsə aid qalıqlar aşkarlayıblar. Sözügedən hücum nəticəsində daha əvvəl iki ABŞ hərbçisi həlak olmuş, biri isə itkin düşmüşdü.
ABŞ qüvvələri İran ərazisindəki hədəflərə ardıcıl doqquzuncu gecə zərbələr endirib.
“Zərbələr İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə və mülki dənizçilərə hücumlarda istifadə etdiyi hərbi imkanlarını zəiflətmək məqsədilə davam etdiriləcək”, – ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Döyüş əməliyyatlarının yenidən intensivləşməsi dünyanın ən mühüm neft tranzit marşrutlarından birinin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
CENTCOM zərbələr zamanı İranın sahil müşahidə və hava hücumundan müdafiə sistemlərini, dəniz qüvvələrinə aid obyektləri, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları hədəfə alıb. ABŞ qüvvələri, həmçinin iyulun 17-də İordaniyada amerikalı hərbçilərə hücumla əlaqələndirilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrinə zərbələr endirib.
Körfəz ölkələrinin neft ixracının azalması ilə qlobal xam neft bazarında təklif əhəmiyyətli dərəcədə azalıb.
Ehtiyatların bu sürətlə azalması davam edərsə, sentyabrda neft ehtiyatları kəskin məhdudlaşacaq və hətta ABŞ təzyiqlə üzləşəcək. Bu isə Prezident Tramp üzərində "TACO" təzyiqini artıracaq. Brent neftinin qiymətinin bir barel üçün 95–105 dollara yüksələcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
54 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























