Çin Mərkəzi Bankı faiz dərəcələrini 14-cü ayda da sabit saxladı
Çin Xalq Bankı (PBOC, mərkəzi bank) ölkə iqtisadiyyatının ikinci rübdə gözləntilərdən zəif artmasına baxmayaraq, əsas kredit faiz dərəcələrini bazar proqnozlarına uyğun olaraq dəyişməz saxlayıb.
MArja xəbər verir ki, Mərkəzi Bankın qərarına əsasən, birillik əsas kredit faiz dərəcəsi (LPR) 3%, beşillik əsas kredit faiz dərəcəsi isə 3,5% səviyyəsində qorunub.
Beləliklə, hər iki göstərici üzrə faiz dərəcələri ardıcıl 14-cü ay dəyişdirilməyib.
Qərar göstərir ki, siyasəti müəyyənləşdirən qurumlar zəif daxili tələbə və iqtisadiyyatın qeyri-bərabər bərpasına baxmayaraq, ənənəvi faiz endirimlərinə münasibətdə ehtiyatlı mövqelərini davam etdirirlər.
Pekin administrasiyası son dövrdə əsas siyasət faizlərini azaltmaq əvəzinə, maliyyələşdirmə xərclərinin aşağı salınmasına və bazara likvidliyin verilməsinə yönəlmiş struktur alətlərinə üstünlük verir.
Bu çərçivədə Çin Xalq Bankı ötən ay qısamüddətli maliyyələşdirməni dəstəkləmək məqsədilə birgecəlik əks-repo alətini istifadəyə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
52 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























