"Rabitəbank" tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib
(®) Rabitəbank tibb işçilərinin maliyyə ehtiyaclarını daha rahat və əlçatan şəkildə qarşılamaq məqsədilə tibb sahəsində çalışan şəxslər üçün xüsusi şərtlərlə Nağd Pul krediti kampaniyasına start verib.
Belə ki, 31 avqust 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində həkimlər və digər tibb işçiləri 50 000 AZN-dək məbləğdə, 59 ayadək müddətə Nağd Pul kreditini sərfəli faiz şərtləri ilə kredit əldə edə biləcəklər. Kredit üzrə faiz dərəcəsi 9,5%-dən başlayır və müştərinin gəliri, eləcə də kreditin müddətinə uyğun xüsusi şərtlərlə müəyyən edilir.
Mövcud kreditlərini Rabitəbanka transfer etmək istəyən tibb işçiləri üçün də əlavə üstünlüklər nəzərdə tutulub. Transfer edilən kreditlər üzrə faiz dərəcəsinə 3%-dək endirim tətbiq olunur, eyni zamanda transfer kreditləri 0% komissiya ilə rəsmiləşdirilir.
Kampaniya barədə ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/kmp-tibb
Rabitəbank müxtəlif peşə qrupları üçün hazırladığı xüsusi kampaniyalar vasitəsilə müştərilərinə daha sərfəli maliyyə həlləri təqdim etməyə davam edir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
21 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
46 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























