Netflix süni intellekt şirkətini 587 milyon dollara satın aldı
Netflix, aktyor və rejissor Ben Afflekin həmtəsisçilərindən biri olduğu süni intellekt əsaslı film istehsalı startapı “InterPositive” şirkətini 587 milyon dollara satın alıb.
Marja xəbər verir ki, rəqəmsal yayım platforması satınalma əməliyyatını daha əvvəl elan etmişdi. Ben Afflek açıqlamasında “insan yaradıcılığının gücünü qorumaq” istədiyini bildirmişdi.
Afflekin sözlərinə görə, “InterPositive”in süni intellekt alətləri film yaradıcılarına çəkilişləri təkmilləşdirməyə kömək edir. Bu texnologiyalar xüsusilə çatışmayan kadrlar, fonun dəyişdirilməsi və yanlış işıqlandırma kimi real istehsal problemlərinin aradan qaldırılmasında istifadə olunur.
“InterPositive” film və serial istehsalında, xüsusilə postprodakşn mərhələsində tətbiq edilən süni intellekt alətləri hazırlayır.
Netflix daha əvvəl “InterPositive”in bütün komandasının şirkətə qoşulacağını, Ben Afflekin isə baş məsləhətçi kimi fəaliyyət göstərəcəyini açıqlamışdı.
Netflix maliyyə hesabatında hazırda təxminən 300 istehsal layihəsində generativ süni intellekt texnologiyalarından istifadə etdiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 7 d. əvvəl
- 23 d. əvvəl
-
27 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
48 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı

























