ABŞ Kanadadan idxala 50 faiz gömrük rüsumu tətbiq edəcək
ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı “ayrı-seçkilik xarakterli” tədbirlər həyata keçirdiyini əsas gətirərək, bu ölkədən idxal olunan bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Ağ Evin yaydığı açıqlamada bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ ticarətinə münasibətdə “ayrı-seçkilik xarakterli” tədbirlərinə cavab olaraq, 1930-cu il Tarif Qanununun 338-ci bölməsinə əsasən, Kanada mənşəli müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan üç ayrı prezident bəyannaməsi imzalayıb.
Açıqlamaya görə, bu addım Kanadanın ABŞ ticarətinə qarşı “ayrı-seçkilik münasibəti” nəticəsində yaranan yük və mənfi təsirləri tarazlaşdırmaq, eləcə də avtomobillər, spirtli içkilər və süd məhsulları kimi ABŞ-ın mühüm ixrac malları üçün bərabər rəqabət şəraiti yaratmaq məqsədi daşıyır.
Bildirilib ki, hər bir bəyannamə Kanadadan idxal edilən müxtəlif məhsul qruplarına 50 faiz əlavə gömrük rüsumu tətbiq edir. Bu məhsullar arasında şərabdan xokkey çubuqlarına və sementə qədər müxtəlif mallar yer alır.
Açıqlamada vurğulanıb ki, yeni tarif məhsulun ABŞ–Meksika–Kanada Sazişi (USMCA) çərçivəsinə daxil olub-olmamasından asılı olmayaraq, müvafiq malların hamısına şamil ediləcək.
Enerji məhsulları, kalium duzları, 232-ci bölmə çərçivəsində tarif tətbiq edilən mallar, eləcə də balıq və kritik minerallar kimi bəzi məhsullar isə yeni tarifdən azad olunacaq.
Yeni tarif avqustun 19-da qüvvəyə minəcək
Ağ Evin açıqlamasında qeyd olunub ki, yeni tarif prezident bəyannamələrinin imzalanmasından 30 gün sonra – avqustun 19-da qüvvəyə minəcək.
Tarifin tətbiq edilməsinin səbəblərinə toxunulan açıqlamada bildirilib ki, Kanada ABŞ-dan idxal olunan avtomobillərə müəyyən tariflər və kvotalar tətbiq etdiyi halda, digər ölkələrdən idxal edilən avtomobillərə qarşı eyni tədbirlərdən istifadə etmir.
Məlumata görə, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək Kanadanın ABŞ-dan motorlu nəqliyyat vasitələri idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 22 faiz azalıb.
Açıqlamada Kanadanın əksər əyalət və ərazilərində ABŞ mənşəli spirtli içkilərin alınmasının, paylanmasının və ya pərakəndə satışının dayandırıldığına diqqət çəkilib. Bunun nəticəsində 2025-ci ilin martından 2026-cı ilin fevralınadək Kanadanın ABŞ-dan spirtli içki idxalı illik müqayisədə təxminən 81 faiz azalıb.
Kanadanın “mürəkkəb və proteksionist” kimi qiymətləndirilən süd məhsulları sistemi də yeni tariflərin tətbiq edilməsinin səbəbləri sırasında göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
17 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























