ZEEKR 8X Azərbaycanda təqdim olundu - QİYMƏTİ
Modelin Ultra versiyası 898 at gücünə, Hyper versiyası isə 1400 at gücünə malikdir. Hyper versiya sıfırdan 100 kilometr saat sürətə cəmi 2,9 saniyəyə çatır.(®) Bakıda yeni nəsil premium SUV — ZEEKR 8X modelinin rəsmi təqdimatı baş tutub. Təşkil olunan tədbirdə ZEEKR-in beynəlxalq nümayəndələri, Efendiler Group rəhbərliyi, media mənsubları, avtomobil ekspertləri, influenserlər və xüsusi qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində ZEEKR-in Mərkəzi Asiya üzrə regional direktoru Davion Lin, Efendiler Group-un İcraçı direktoru Amal Əlili və Satış direktoru Ramin Əliyev çıxış edərək modelin əsas üstünlükləri və Azərbaycan bazarı üçün əhəmiyyəti barədə məlumat veriblər.
Tədbir zamanı ZEEKR 8X-in dizaynı, premium interyeri, yüksək performans göstəriciləri, ağıllı texnologiyaları və təhlükəsizlik imkanları nümayiş olunub. Avtomobilin ekstremal təhlükəsizlik sınaqları və digər yüksək performanslı modellərlə yarış görüntüləri qonaqların xüsusi marağına səbəb olub.
ZEEKR 8X iki güc versiyası ilə təqdim edilir. 2 litrlik plug-in hibrid mühərriki ilə təmin olunan avtomobildə Ultra versiya 898 at gücünə, Hyper versiya isə 1400 at gücünə sahibdir. Tam ötürücü sistemlə təchiz edilən Hyper versiya sıfırdan 100 kilometr saat sürətə cəmi 2,9 saniyəyə çatır.
Modelin salonunda NAPPA dəri oturacaqlar, zamşa tavan örtüyü, təbii ağac dekorları və çoxrəngli ambient işıqlandırma təqdim olunur. Ön və arxa oturacaqlarda isitmə, havalandırma, yaddaş və 22 nöqtəli masaj funksiyaları mövcuddur.
Arxa lounge oturacağı elektriklə idarə olunan ayaq dayaqları və 137 dərəcəyədək açılan konstruksiyası ilə uzun səfərlərdə biznes-klass səviyyəsində rahatlıq yaradır. 17 düymlük 3K OLED arxa ekran, 29 dinamikli premium audio sistemi, Dolby Atmos texnologiyası, üçzonalı klimat sistemi və isitmə-soyutma funksiyalı ağıllı soyuducu interyer komfortunu tamamlayır.
Təqdimat çərçivəsində qonaqlar avtomobillə yaxından tanış olub, modelin interyerini və texnoloji funksiyalarını əyani şəkildə nəzərdən keçiriblər.
72 000 dollardan başlayan qiymətlərlə ZEEKR 8X ilə yaxından tanış olmaq və ətraflı məlumat əldə etmək üçün Babək prospekti 37 ünvanında yerləşən ZEEKR Azərbaycanın rəsmi satış mərkəzinə yaxınlaşa və ya *2299 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
29 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
38 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























