AZAL donanmasına cari ildə 4-cü təyyarəsini əlavə edib
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması ilə Azərbaycan Hava Yollarının istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.
“Airbus A320neo” təyyarəsinin istismara verilməsi Azərbaycan Hava Yollarının donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.
“Airspace” kabini, geniş əl yükü bölmələri, yüksəksürətli “Wi-Fi”, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.
Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan Hava Yolları donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil “Airbus” təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.
Təyyarənin təqdimat videosunu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























