"PAŞA Bank" günəş elektrik stansiyası layihəsinin bir hissəsini maliyyələşdirəcək - Kredit müqaviləsi imzalanıb
Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və “CEİ Naxçıvan” MMC, Azerbaijan Green Energy Company (AGEC) müəssisəsinin törəmə şirkəti Naxçıvan Muxtar Respublikasında inşa ediləcək “Şəms 1” günəş elektrik stansiyasının layihə maliyyələşdirilməsi üzrə kredit müqaviləsi imzalayıblar.
Marja xəbər verir ki, Tərəflər arasında əldə olunan razılaşma Azərbaycanın yaşıl enerji gündəliyinin irəlilədilməsi, dayanıqlı enerji infrastrukturunun inkişafı və aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi istiqamətində mühüm addımdır.
Kredit müqaviləsi layihənin maliyyələşdirilməsi şərtlərini müəyyən edir və PAŞA Bankın günəş elektrik stansiyasının ümumi investisiya dəyərinin bir hissəsinin maliyyələşdirilməsini nəzərdə tutur.
AGEC tərəfindən Babək rayonu ərazisində, Başbaşı kəndi yaxınlığında inşa ediləcək “Şəms 1” günəş elektrik stansiyası 25 MVt gücə malik olacaq. Layihə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının artırılmasına, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının yüksəldilməsinə və Azərbaycanın iqlim hədəflərinə nail olunmasına mühüm töhfə verəcək.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsində maliyyə institutlarının rolu getdikcə daha da artır.
“Şəms 1” layihəsinə dəstəyimiz Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və real sektorda yaşıl investisiyaların təşviqinə yönəlmiş uzunmüddətli strategiyamızın növbəti mühüm addımıdır. Bu layihə PAŞA Bankın Azərbaycan Respublikası Mərkəzi Bankının bank sektoru qarşısında müəyyən etdiyi 2030-cu ilədək 2 milyard manat həcmində yaşıl maliyyələşdirmə hədəfinin reallaşdırılmasına verdiyi növbəti töhfədir. İnanırıq ki, dövlət və özəl sektor arasında belə tərəfdaşlıqlar ölkənin dayanıqlı inkişafına, enerji keçidinin sürətlənməsinə və gələcək nəsillər üçün daha dayanıqlı iqtisadi mühitin formalaşmasına mühüm töhfə verir."
AGEC-in İdarə Heyətinin sədr müavini və “Clean Energy İnvest” şirkətinin Baş İcraçı Direktoru Xəyalə Nağıyevanın sözlərinə görə, “Şəms 1” layihəsi Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının genişləndirilməsi və Azərbaycanın yaşıl enerji portfelinin gücləndirilməsi baxımından mühüm strateji addımdır.
"Hazırda Naxçıvan Azərbaycanın bərpa olunan enerji sahəsində əsas mərkəzlərindən biri kimi formalaşır və bu layihə regionun yaşıl enerji zonasına çevrilməsini hədəfləyən milli strateji baxışla tam üst-üstə düşür. Bu kimi layihələrin uğurla həyata keçirilməsi üçün maliyyə sektoru ilə qurulan etibarlı və uzunmüddətli tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. PAŞA Bank ilə əməkdaşlığımız bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində strateji tərəfdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir və bu cür əməkdaşlıqlar ölkəmizin enerji keçidinin sürətləndirilməsinə, dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə və investisiya mühitinin daha da güclənməsinə xidmət edir. Bu layihə “Clean Energy İnvest” şirkətinin portfelində Dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində həyata keçirdiyi sayca ikinci iri miqyaslı layihəsidir. Ümumiyytətlə, AGEC olaraq məqsədimiz külək və günəş enerjisi layihələri vasitəsilə enerji sektorunun diversifikasiyasına və modernizasiyasına töhfə vermək, məsuliyyətli investisiya yanaşmasını təşviq etmək və ölkədə bərpa olunan enerji sahəsində milli potensialın formalaşdırılmasını dəstəkləməkdir. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın uzunmüddətli enerji hədəflərinin reallaşdırılmasına dəstək olacaq və gələcək nəsillər üçün daha dayanıqlı enerji sisteminin qurulmasına xidmət edəcək”, – deyə X. Nağıyeva bildirib.
Qeyd edək ki, dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Bank son illərdə enerji səmərəliliyinin artırılması, aşağı karbonlu nəqliyyatın inkişafı, su ehtiyatlarının səmərəli idarə olunması və sənaye müəssisələrinin dekarbonizasiyasına yönəlmiş bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib. Bu layihələr Azərbaycanın yaşıl transformasiyasını sürətləndirməklə yanaşı, real sektorda dayanıqlı investisiyaların genişlənməsinə də töhfə verir.
“Şəms 1” layihəsi PAŞA Bankın yaşıl maliyyə portfelinin növbəti mühüm mərhələsini təşkil edir və Bankın ölkədə bərpa olunan enerji, dayanıqlı infrastruktur və aşağı karbonlu iqtisadiyyatın inkişafına yönəlmiş strateji layihələrin maliyyələşdirilməsinin uzunmüddətli prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
3 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
24 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
49 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























