Airbus mənfəətini 2 dəfə artırmağı planlaşdırır
Airbus daha çox təyyarə istehsal edəcək – Yeni planın detalları. Şirkət bu il 870 təyyarə təhvil verməyi planlaşdırır.Airbus çərşənbə axşamı Londonda investorlar üçün keçirdiyi təqdimatda 2029-cu ildə 12–13 milyard avro (13,7–14,8 milyard dollar) həcmində illik əməliyyat mənfəəti əldə etməyi hədəflədiyini açıqlayıb. Şirkət, həmçinin qarşıdakı üç il ərzində 5 milyard avroluq səhmlərin geri alınması proqramına başlayacağını bildirib.
Marja xəbər verir ki, Şirkət bəzi mühərriklərdə yaranan problemlər və ehtiyat hissələrinin çatışmazlığı da daxil olmaqla, istehsalı uzun müddət ləngidən çətinlikləri tədricən aradan qaldırır.
Airbus-un baş icraçı direktoru Guillaume Faury Londonda keçirilən görüşdə investorlara bildirib:
“Təchizat imkanlarımızla bağlı bir çox mühüm hədəfə nail olmuşuq. Fəaliyyət göstərdiyimiz bazarlar güclüdür”.
Airbus-un açıqlamasına görə, mənfəətə ən böyük töhfə şirkətin mülki aviasiya bölməsindən gələcək. Bu bölmənin əməliyyat mənfəətinin ötənilki 5,5 milyard avrodan 2029-cu ilədək təxminən 10 milyard avroya yüksələcəyi gözlənilir.
Şirkət "Airbus Defence and Space" bölməsinin 1,3 milyard avro, helikopter bölməsinin isə təxminən 1,2 milyard avro mənfəət təmin edəcəyini proqnozlaşdırır.
Potensial sövdələşmələr
Airbus genişgövdəli təyyarələr bazarında payını artırmağı hədəflədiyini açıqlayıb. Şirkət 2029-cu ildə A330 modelinin aylıq istehsalını 5 ədədə, 2028-ci ildə isə A350 modelinin aylıq istehsalını 12 ədədə çatdırmağı planlaşdırır.
Tələbatın yüksək olduğu A320 ailəsinə daxil modellərin aylıq istehsalının 2027-ci ildə 70–75 ədədə, daha kiçik A220 modelinin istehsalının isə 2028-ci ildə 13 ədədə çatdırılması nəzərdə tutulur.
Airbus-un kommersiya əməliyyatları üzrə yeni rəhbəri Lars Wagner bildirib ki, şirkət genişgövdəli təyyarələrin istehsal tempini daha da artırmaq imkanlarını araşdırır. Onun sözlərinə görə, A350 modelinin aylıq istehsalı 2028-ci il üçün nəzərdə tutulan 12 ədədlik hədəfi “əhəmiyyətli dərəcədə üstələyə bilər”.
Wagner, həmçinin Airbus-un daha yüksək gəlir və satış hədəflərinə nail olmaq üçün “əhəmiyyətli” sövdələşmələr imzalamağa hazır olduğunu qeyd edib.
İyulun 29-da maliyyə nəticələrini açıqlayacaq Airbus cari il üçün qısamüddətli hədəflərini də qüvvədə saxlayıb. Şirkət 2026-cı il ərzində təxminən 870 təyyarə təhvil verməyi, 7,5 milyard avro əməliyyat mənfəəti və təxminən 4,5 milyard avro sərbəst pul axını əldə etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
51 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























