Gürcüstan Azərbaycandan qarpız daşıyır - 73 % -LİK ARTIM
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 53,1 min ABŞ dolları dəyərində 166,4 ton qarpız idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında aparılan hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq 73 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana qarpız ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 2,9 milyon ABŞ dolları dəyərində 9 min 568 ton qarpız alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 0,3 % və 0,1 % çoxdur.
Hesabat dövründə Gürcüstan İrandan 1,45 milyon ABŞ dolları dəyərində 4 min 824 ton, Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində 4 min 335 ton, Özbəkistandan 68,4 min ABŞ dolları dəyərində 228 ton, Niderlanddan 21,3 min ABŞ dolları dəyərində 14 ton qarpız alıb.
Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 43 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 4,1 min ABŞ dolları dəyərində 16 min 893 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 dəfə, kəmiyyət olaraq 49 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana soğan ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 5,4 milyon ABŞ dolları dəyərində 22 min 134 ton soğan alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 6 % və 3 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 435 min ABŞ dolları dəyərində 1 min 798 ton, Ermənistandan 414 min ABŞ dolları dəyərində 1 min 687 ton, Özbəkistandan 254 min ABŞ dolları dəyərində 1 min 37 ton, İrandan 122 min ABŞ dolları dəyərində 485 ton soğan alıb.
Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin idxalına çəkdiyi xərc 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 997 min ABŞ dolları dəyərində 640,4 ton meyvə və tərəvəz şirəsi idxal edib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,8 dəfə, kəmiyyət olaraq 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana meyvə və tərəvəz şirəsi ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 6,92 milyon ABŞ dolları dəyərində 2 min 876 ton meyvə və tərəvəz şirəsi alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 10 % azdır və 1,5 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 1,65 milyon ABŞ dolları dəyərində 414 ton, Avstriyadan 742 min ABŞ dolları dəyərində 120 ton, Niderlanddan 717 min ABŞ dolları dəyərində 167 ton, Ukraynadan 471 milyon ABŞ dolları dəyərində 382 ton məhsul alıb.
Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 300 min ABŞ dolları dəyərində 78 ton balıq (dondurulmuş) idxal edib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 9 dəfə çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 29 milyon ABŞ dolları dəyərində 8 min 661 ton balıq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 25 % çox və 2 % azdır.
Hesabat dövründə Gürcüstan Çilidən 6,2 milyon ABŞ dolları dəyərində 959 ton, İslandiyadan 3,2 milyon ABŞ dolları dəyərində 936 ton, Amerika Birləşmiş Ştatlarından 2,99 milyon ABŞ dolları dəyərində 1 min 89 ton, Norveçdən 2,35 milyon ABŞ dolları dəyərində 554 ton, Danimarkadan 1,43 milyon ABŞ dolları dəyərində 384 ton balıq alıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























