Norveçin enerji şirkətinin Marketinq, nəql və emal bölməsinin mənfəəti analitiklərin proqnozunu üstələyib
Norveçin enerji şirkəti Equinor-ın Marketinq, nəql və emal bölməsinin 2026-cı ilin ikinci rübü üzrə nəticəsi analitiklərin proqnozunu üstələyib. Hörmüz Boğazının bağlanması nəticəsində tədarükün pozulması xam neft bazarında əlverişli şərait yaradıb. Bu isə xam neftin fiziki ticarətində yüksək marjaların əldə olunmasına və dəniz daşımalarının optimallaşdırılması üzrə güclü nəticələrə səbəb olub.
Marja xəbər verir ki, bu bölmənin gözləntilərdən yüksək nəticə göstərməsi şirkətin beynəlxalq kəşfiyyat və hasilat bölməsində qeydə alınan ciddi geriləməni artıqlaması ilə kompensasiya edib.
Equinor çərşənbə günü açıqlayıb ki, iyunun 30-da başa çatan rübdə əməliyyat mənfəəti 11,48 milyard dollar təşkil edib. Bu göstərici 17 analitikin proqnozları əsasında hesablanmış 11,37 milyard dollarlıq konsensus gözləntisini üstələyib.
Hörmüz Boğazının bağlanması nəticəsində mayeləşdirilmiş təbii qazın tədarükündə yaranan fasilələrlə əlaqədar Avropada qaz qiymətlərinin yüksəlməsi də bölmənin nəticələrinə əlavə müsbət təsir göstərib.
Bunun əksinə olaraq, beynəlxalq kəşfiyyat və hasilat bölməsinin əməliyyat mənfəəti 843 milyon dollar təşkil edərək 1,09 milyard dollarlıq konsensus proqnozundan təxminən 250 milyon dollar geri qalıb.
Equinor beynəlxalq kəşfiyyat və hasilat bölməsində zəif nəticəni Braziliyadakı Roncador yatağında yaranan əməliyyat problemləri və şirkətin Argentinadakı qurudakı aktivlərini 2026-cı ilin mayında Vista Energy-yə satması ilə əlaqələndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
55 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























