“Alphabet”in ikinci rübdə xalis mənfəəti 4 dəfə artıb
ABŞ-nin texnologiya nəhəngi “Alphabet”in 2026-cı ilin ikinci rübündə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24% artıb.“Google”un ana şirkəti “Alphabet” 2026-cı ilin aprel–iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin ikinci rübdə gəlirləri ötən ilin eyni dövründəki 96,4 milyard dollardan 24% artaraq 119,8 milyard dollara yüksəlib.
Şirkətin xalis mənfəəti isə eyni dövrdə 298% artaraq 28,2 milyard dollardan 112,1 milyard dollara çatıb.
“Alphabet”in ötən ilin ikinci rübündə 2,31 dollar olan səhm üzrə mənfəəti cari ilin eyni dövründə 9,11 dollara yüksəlib.
“Alphabet”in Baş İcraçı Direktoru Sundar Piçai maliyyə nəticələrini şərh edərkən bildirib:
“Süni intellektə yatırdığımız sərmayələr biznesimizin bütün istiqamətlərində mümkün olanların sərhədlərini yenidən müəyyənləşdirir”.
Süni intellekt infrastrukturu və həllərinə yüksək tələbatın təsiri ilə “Google Cloud”un gəlirlərinin 82% artdığını qeyd edən Piçai, “Gemini” tətbiqinin aylıq aktiv istifadəçilərinin sayının 950 milyona çatdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
39 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















