IBM-in gəlirləri ikinci rübdə 1% artıb
ABŞ-nin texnologiya şirkəti IBM-in gəlirləri 2026-cı ilin ikinci rübündə illik müqayisədə 1% artaraq 17,2 milyard dollara yüksəlib.ABŞ-nin texnologiya şirkəti IBM 2026-cı ilin aprel–iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin ikinci rübdə əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 17,2 milyard dollara çatıb. IBM 2025-ci ilin müvafiq dövründə 16,98 milyard dollar gəlir açıqlamışdı.
Şirkətin xalis mənfəəti isə ikinci rübdə illik müqayisədə 1% azalaraq 2,17 milyard dollara düşüb. IBM-in xalis mənfəəti ötən ilin eyni dövründə 2,19 milyard dollar təşkil etmişdi.
Şirkətin 2025-ci ilin ikinci rübündə 2,31 dollar olan səhm üzrə mənfəəti də cari ilin eyni dövründə 2,27 dollara enib.
IBM-in gəlirləri və səhm üzrə mənfəəti bu dövrdə bazar gözləntilərindən aşağı olub.
Şirkət, həmçinin 2026-cı ilin yekunları üzrə sabit məzənnə əsasında gəlirlərinin 4–5% artacağını proqnozlaşdırıb.
IBM-in Baş İcraçı Direktoru Arvind Krişna maliyyə nəticələrini şərh edərkən bildirib ki, şirkət gəlir artımını və gəlirliliyini sürətləndirmək, süni intellekt və avtomatlaşdırma vasitəsilə ümumi səmərəliliyi yüksəltmək, eləcə də innovasiyaların sürətli kommersiyalaşdırılmasına yönələn investisiyaları artırmaq üçün addımlar atır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
12 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 55 d. əvvəl
-
59 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm


























