İran və husilərdən yeni addımlar - Neft daha da bahalaşıb
ABŞ-nin İrana qarşı yeni hava zərbələri endirməsi və Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə neft tankerlərini hədəfə almasından sonra neft qiymətləri daha da artaraq son altı həftənin ən yüksək səviyyəsinə çatıb.
“Brent” markalı neftin bir barelinin qiyməti 2% artaraq 96 dollara yüksəlib. Bu, iyunun 8-dən bəri qeydə alınan ən yüksək səviyyədir. “Brent” əvvəlki ticarət sessiyasında da 3 dollardan çox bahalaşaraq günü 94,07 dollar səviyyəsində başa vurmuşdu.
ABŞ-nin Qərbi Texas nefti (WTI) isə çərşənbə günü təxminən 3% bahalaşdıqdan sonra əlavə 1,7% artaraq 88,27 dollara çatıb.
ABŞ ordusu ardıcıl 12-ci gecə İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb. Hücumlar ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz Boğazında gəmilərə hər dəfə atəş açacağı təqdirdə, ABŞ-nin İrandakı bir körpünü və ya elektrik stansiyasını vuracağını bildirməsindən sonra həyata keçirilib. Bu hadisə İranla davam edən qarşıdurmada gərginliyi daha da artırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Hörmüz Boğazının cənubunda minalandığını iddia etdiyi marşrutdan keçməyə çalışan neft tankerlərindən birində partlayışdan sonra yanğın baş verdiyini, daha iki tankerin isə geri qayıtdığını açıqlayıb.
Korpus Hörmüz Boğazının onun nəzarətində olduğunu və ABŞ regiondakı əməliyyatlarını davam etdirdiyi müddətdə boğazın “tamamilə bağlı” qalacağını bildirib. Açıqlamada İranla razılaşdırılmadan heç bir tankerin boğaza daxil olmasına və ya oradan çıxmasına icazə verilməyəcəyi barədə xəbərdarlıq edilib.
Hörmüz Boğazındakı gərginliklə yanaşı, İranın dəstəklədiyi husilər də müharibədə yeni cəbhə açaraq Bab əl-Məndəb boğazından Səudiyyə Ərəbistanı neftini daşıyan gəmiləri hədəfə alacaqlarını açıqlayıb və bu ölkəyə qarşı dəniz blokadası elan ediblər.
Husilər Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə qarşı hərbi əməliyyat keçirdiklərini iddia ediblər. Dəniz təhlükəsizliyi hesabatlarında isə husilərin adını çəkdiyi Səudiyyə Ərəbistanı bayrağı altında üzən “Encelia” tankerinin Qırmızı dənizdə vurulduğu bildirilib.
Husilər, həmçinin gəmilərə Səudiyyə Ərəbistanı limanlarına üzməmək barədə xəbərdarlıq etdikdən sonra 10-a yaxın gəmini geri qayıtmağa məcbur etdiklərini iddia ediblər. “Reuters” bu iddianı müstəqil mənbələr vasitəsilə təsdiqləyə bilməyib.
Qırmızı dənizdə elan olunan dəniz blokadasının enerji təchizatını yalnız Körfəz regionunda deyil, qlobal miqyasda da poza biləcəyi qiymətləndirilir.
İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü də “X” sosial şəbəkəsindəki paylaşımında Hörmüz Boğazının cənubundakı keçid marşrutunun minalandığı barədə xəbərdarlıq edib və gəmiçilik şirkətlərini diqqətli olmağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 7 d. əvvəl
- 23 d. əvvəl
-
27 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
48 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı

























