ABB Invest ABB mobile-ın investisiya bölməsini yenilədi: yeni dizayn və funksiyalar istifadəyə verdi
(®) ABB Invest ABB mobile tətbiqinin investisiya bölməsində istifadəçi təcrübəsini təkmilləşdirən yeni dizayn və funksiyaları istifadəyə verib. Yenilənmə çərçivəsində istifadəçilər artıq ABŞ və yerli bazarlardakı portfellərini vahid ekranda izləyə, investisiya məhsullarını “Kəşf et” bölməsində araşdıra və dostlarını investisiya hesabı açmağa dəvət edə bilərlər.
ABB mobile tətbiqində investisiya bölməsinə daxil olan istifadəçiləri artıq yenilənmiş dizayn qarşılayacaq. Yeni dizaynda müştərilər portfelləri üzrə əsas məlumatları daha rahat izləməklə yanaşı, birbaşa həmin ekran üzərindən müvafiq bazarlara keçid edə biləcəklər. Yenilik müxtəlif bazarlardakı investisiyaların idarə edilməsini daha sadə, sürətli və rahat etməyə imkan verir.
Tətbiqdə istifadəyə verilmiş əsas yeniliklərdən biri də “Kəşf et” bölməsidir. ABB mobile-ın aşağı menyusunda yerləşdirilən bu bölmədə istifadəçilər ETF-lər, analitik proqnozlar, investisiya ideyaları və digər aktual investisiya imkanları ilə tanış ola bilərlər. Sosial media platformalarındakı kəşfetmə məntiqinə uyğun hazırlanmış bölmə istifadəçilərə yeni məhsulları və bazar imkanlarını daha rahat araşdırmağa kömək edir.
ABB mobile tətbiqinin investisiya bölməsinə “Dostunu dəvət et” funksiyası da əlavə olunub. Bu funksiya vasitəsilə istifadəçilər xüsusi dəvət linkini birbaşa tətbiqdən dostları ilə paylaşa bilərlər. Dəvət linki vasitəsilə ABB mobile tətbiqində ABŞ bazarı üzrə investisiya hesabı açan yeni müştəri hesabın açıldığı tarixdən etibarən 30 gün ərzində həyata keçirdiyi bütün alış və satış əməliyyatları üzrə komissiya haqqına 50 faiz endirim əldə edir. Dəvət edən şəxs isə həmin 30 günlük müddətdə dəvət etdiyi müştərinin endirim tətbiq edildikdən sonra faktiki ödədiyi komissiya məbləği qədər bonus qazanır. Qazanılan bonus 30 günlük müddət başa çatdıqdan sonra dəvət edən şəxsin investisiya hesabına köçürülür. Beləliklə, dəvət olunan müştəri ilk investisiya əməliyyatlarını daha sərfəli şərtlərlə həyata keçirir, dəvət edən şəxs isə dostunun ödədiyi komissiya məbləğinə uyğun əlavə bonus əldə edir.
ABB Invest rəqəmsal investisiya xidmətlərini inkişaf etdirməklə investisiya məhsullarına çıxışı daha rahat və əlçatan etməyi, istifadəçilərə vahid və müasir investisiya təcrübəsi təqdim etməyi hədəfləyir.
ABB mobile tətbiqinin yenilənmiş investisiya bölməsinə keçid etmək və yeni imkanlardan yararlanmaq üçün buraya klik edin. Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə, həmçinin *3773 qısa nömrəsi və ya +994 50 268 33 99 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm


























