“GL” ASC 3 milyon manat cəlb etdi – Faizlər hər ay ödəniləcək
“GL” ASC (Sizin Lombard brendi) illik 15% gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsi nəticəsində 3 milyon manat vəsait cəlb edib.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 30 min ədəd istiqraz tam həcmdə yerləşdirilib.
İstiqrazların tədavül müddəti 7 il, illik kupon faizi 15% təşkil edir. Faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. Beləliklə, bir istiqraz üzrə illik faiz gəliri 15 manat, aylıq ödəniş isə təxminən 1,25 manat olacaq.
Emissiyanın tam həcmi üzrə emitentin illik kupon xərci 450 min manat təşkil edəcək. İstiqrazlar müddətin sonunadək dövriyyədə qalarsa, 7 il ərzində ümumi kupon ödənişləri 3 milyon 150 min manata çata bilər.
53 investor istiqraz alıb
İstiqrazların yerləşdirilməsi üzrə hərrac 22 may 2026-cı ildə yekunlaşıb. Hərraca 53 investor tərəfindən ümumi nominal dəyəri 3 milyon manat olan 53 sifariş təqdim edilib. Bütün sifarişlər təmin olunub və emissiya tam yerləşdirilib.
Bir investorun orta investisiya məbləği təxminən 56 min 604 manat təşkil edib.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır. Yerləşdirmə kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçirilib. Hərrac qiyməti nominala bərabər olmaqla 100 manat müəyyən edilib.
Emissiyanın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC olub.
Bakı Fond Birjasının Listinq Komitəsinin 16 iyul 2026-cı il tarixli qərarı ilə AZ2040020282 ISIN kodlu istiqrazların ticarətə buraxılmasına icazə verilib. Qiymətli kağızlar BFB-nin Standart Bazar seqmentinə daxil edilib.
İstiqrazların təminatsız olması səbəbindən ödənişlərin vaxtında həyata keçirilməsi birbaşa emitentin maliyyə vəziyyətindən və ödəniş qabiliyyətindən asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 7 d. əvvəl
- 23 d. əvvəl
-
27 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
48 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı






















