Süni intellekt infrastrukturu tələbinin artması “Nokia”nın mənfəətini yüksəldib
“Nokia” süni intellekt və bulud texnologiyaları sahəsində fəaliyyət göstərən müştərilərdən güclü tələbin dəstəyi ilə ikinci rüb üzrə daha yüksək maliyyə nəticələri açıqlayıb.
Marja xəbər verir ki, Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısının ikinci rübdə xalis satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 4,82 milyard avroya (5,5 milyard ABŞ dolları) çatıb. Sabit valyuta məzənnələri ilə artım 9% təşkil edib.
Şirkətin müqayisəolunan əməliyyat mənfəəti (düzəliş edilmiş əməliyyat mənfəəti) 18% artaraq 434 milyon avroya yüksəlib. Müqayisəolunan əməliyyat mənfəəti marjası isə ötən ilin eyni dövründəki 8,3%-dən 9%-ə qalxıb.
Maliyyə nəticələrinin açıqlanmasından dərhal sonra “Nokia”nın Helsinki birjasında səhmləri bahalaşsa da, daha sonra istiqamətini dəyişərək 1,3% ucuzlaşıb.
Süni intellekt və bulud müştərilərindən gəlirlər iki dəfədən çox artıb
Artım əsasən “Nokia”nın Şəbəkə İnfrastrukturu biznesi hesabına təmin olunub. Bu bölmənin satışları sabit valyuta məzənnələri ilə 12% artıb.
Optik Şəbəkələr bölməsində satışlar 20%, IP Şəbəkələri bölməsində isə 16% yüksəlib.
Süni intellekt və bulud xidmətləri sahəsində fəaliyyət göstərən müştərilərdən əldə edilən gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 105% artıb. Şirkət bu yüksəlişi süni intellekt infrastrukturu üzrə investisiyaların davam etməsi ilə əlaqələndirib.
Restrukturizasiya xərcləri hesabat mənfəətinə mənfi təsir göstərib
Sürətləndirilmiş restrukturizasiya tədbirləri üzrə xərclər şirkətin rəsmi hesabat əsasında hesablanan əməliyyat nəticələrinə mənfi təsir edib.
“Nokia” ikinci rübdə 50 milyon avro əməliyyat zərəri açıqlayıb. Müqayisə üçün, şirkət ötən ilin eyni dövründə 147 milyon avro əməliyyat mənfəəti əldə etmişdi.
Baş direktor: “Nokia” süni intellekt “supertsiklindən” faydalanır
“Nokia”nın baş direktoru Castin Hotard bildirib ki, şirkət süni intellekt sahəsindəki “supertsikl”dən faydalanır.
Onun sözlərinə görə, ikinci rübdə süni intellekt və bulud xidmətləri üzrə daxil olan sifarişlərin məbləği 2,8 milyard avroya çatıb. Şirkət bu sifarişlərin təxminən yarısının qarşıdakı 12 ay ərzində satış gəlirlərinə çevriləcəyini gözləyir.
“JPMorgan”ın analitiki Sandip Deşpande maliyyə nəticələrinin açıqlanmasından sonra yaydığı qeyddə bildirib:
“‘Nokia’nın hesabatında əsas göstərici süni intellekt və bulud xidmətləri üzrə sifarişlərin əvvəlki rübdəki 1 milyard avrodan 2,8 milyard avroya yüksəlməsi oldu. Bu rəqəm son rübdə investorlar tərəfindən səsləndirilən bütün göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir”.
Analitikin sözlərinə görə, investorların əsas narahatlığı “Nokia”nın 2026-cı il üzrə proqnozlarını niyə yüksəltməməsi ilə bağlı ola bilər. Xüsusilə şirkətin açıqlanan sifarişlərin yarısının növbəti 12 ay ərzində satışa çevriləcəyini gözləməsi bu sualı daha da aktuallaşdırır.
“Morgan Stanley” analitikləri də “Nokia”nın hesabatını ayrıca şərh edərək süni intellekt sahəsində tələbin “müstəsna dərəcədə güclü” olduğunu vurğulayıblar.
“Müqayisəolunan əməliyyat mənfəəti” şirkətin əsas fəaliyyətindən əldə etdiyi, birdəfəlik və qeyri-adi xərclərdən təmizlənmiş mənfəətdir.
Hesablamadan adətən bunlar çıxarılır:
- restrukturizasiya xərcləri;
- aktivlərin dəyərsizləşməsi;
- şirkət satınalmaları ilə bağlı xərclər;
- birdəfəlik gəlir və zərərlər;
- bəzi amortizasiya xərcləri.
“Nokia” nümunəsində:
Düzəliş edilmiş əməliyyat mənfəəti: 434 milyon avro;
Rəsmi hesabat üzrə əməliyyat nəticəsi: 50 milyon avro zərər.
Fərqin əsas səbəbi restrukturizasiya və digər xüsusi xərclərdir. Yəni 434 milyon avro şirkətin əsas biznesinin fəaliyyətini göstərir, 50 milyon avroluq zərər isə bütün xərclər nəzərə alındıqdan sonrakı rəsmi əməliyyat nəticəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
42 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























