“BMW” 744 mindən çox avtomobili geri çağırır
Almaniyanın nəhəng avtomobil istehsalçısı olan “BMW” konserni mühərrikin işə salınması sistemində aşkar edilmiş nasazlıq səbəbindən dünya üzrə 744 min 234 avtomobili geri çağırır.
“Bild” qəzeti xəbər verir ki, geriçağırılma kampaniyası çərçivəsində təkcə Almaniyada təxminən 42 min 300 avtomobil yoxlanılacaq. Geriçağırılma 2020-ci il iyulun 31-dən bu il fevralın 26-dək olan müddətdə istehsal edilmiş müəyyən BMW 2, 3, 4, 5, 6 və 7 seriyaları, X3, X4, X5, X6 və X7 modelləri, həmçinin Z4 rodsteri və i3 elektromobilini əhatə edir.
Nasazlığın mühərrik starterindəki rele ilə bağlı olduğu bildirilir. Detalın aşınması nəticəsində yaranan çöküntülərin elektrik müqavimətini artıra, bu isə hissənin həddindən artıq qızmasına, qısaqapanmaya və ən pis halda avtomobildə yanğına səbəb ola biləcəyi qeyd olunub. İndiyədək bu nasazlıqla əlaqədar hər hansı xəsarət və ya maddi ziyanın qeydə alınmadığını bildirilib.
BMW bütün nasaz starterləri rəsmi servis mərkəzlərində ödənişsiz dəyişdirəcək və geri çağırılmaya daxil olan avtomobillərin sahiblərinə yazılı bildiriş göndərəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























