Çinin "Neptune Logistics Group" şirkəti Abşeron Logistika Mərkəzində fəaliyyətə başlayıb
Çinin aparıcı logistika şirkətlərindən olan "Neptune Logistics Group" Abşeron Logistika Mərkəzində öz nümayəndəliyini açıb.
Açılış mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti, aparıcı logistika şirkətlərinin rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin təmsilçiləri iştirak ediblər.
"Neptune Logistics Group"un Xarici Satış Direktoru Maggie Zhong çıxışı zamanı vurğulayıb ki, Bakıda fəaliyyətə başlamaları şirkətin Avrasiya logistika şəbəkəsinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda tutduğu strateji mövqe Çin ilə Avrasiya bazarları arasında yükdaşımaların daha səmərəli təşkilinə imkan yaradır. Trans-Xəzər Əməliyyat Mərkəzi isə müştərilərə daha etibarlı və operativ logistika həlləri təqdim etməklə yanaşı, regional tərəfdaşlıqların inkişafına və təchizat zəncirinin dayanıqlığının gücləndirilməsinə də töhfə verəcək.
Qeyd edək ki, "Neptune Logistics Group" Çin Dəmir Yolu Ekspresi (CR Express) vasitəsilə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Qafqaz və digər regionlara beynəlxalq dəmir yolu yükdaşımalarını həyata keçirir. Şirkət eyni zamanda multimodal və hava yükdaşımaları, sərhədlərarası elektron ticarət logistikası, anbar, gömrük və təchizat zəncirinin idarə olunması üzrə kompleks xidmətlər göstərir.
Abşeron Logistika Mərkəzində "Neptune Logistics Group"un nümayəndəliyinin fəaliyyətə başlaması Azərbaycan ilə Çin arasında iqtisadi və logistika əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Bu əməkdaşlıq Çin-Avropa nəqliyyat dəhlizi üzrə yükdaşımaların və ticarət dövriyyəsinin artmasına, "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində regional logistika əlaqələrinin genişlənməsinə, eləcə də Azərbaycanın regional logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
29 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
38 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























