Azərbaycan bankı Avropa fondu ilə yeni iri kredit sazişi imzalayıb - 22 milyon avro cəlb edir
Bank Respublika kiçik və orta biznesin dəstəklənməsi üçün EFSE-dən 22 milyon avro məbləğində vəsait cəlb edir. Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq.Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında yeni iri kredit sazişi imzalanıb.
Marja Banka istinadən xəbər verir ki, sazişə əsasən, EFSE tərəfindən Bank Respublikaya Azərbaycan manatı (AZN) ilə, 22 milyon avro ekvivalentində (cari məzənnə ilə 42 milyon 647 min manat ) və 5 il müddətinə kredit ayrılacaq.
Cəlb olunan vəsait bankın biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməsinə, sahibkarlar üçün əlçatan uzunmüddətli kredit resurslarının həcmini artırmasına şərait yaradacaq. Maliyyələşmə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək.
Ölkə üzrə geniş filial şəbəkəsindən istifadə etməklə Bank Respublika yeni maliyyə resurslarının Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün əlçatan olmasını təmin aedəcək.
Bu əməkdaşlıq regionlarda biznesin inkişafına, maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə, sahibkarlıq fəaliyyətinin təşviqinə və ölkənin dayanıqlı iqtisadi inkişafına əlavə töhfə verəcək.
Bank Respublika haqqında
1992-ci ildə təsis edilmiş Bank Respublika ASC Azərbaycanın aparıcı kommersiya banklarından və ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. Bank fərdi, kiçik və orta sahibkarlıq (KOS) və korporativ müştərilər üçün geniş spektrli maliyyə xidmətləri təqdim edir. Ölkə üzrə geniş filial şəbəkəsi və müasir rəqəmsal bankçılıq platformaları vasitəsilə Bank Respublika maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına, sahibkarlığın inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verir. Bank aparıcı beynəlxalq maliyyə institutları ilə uzunmüddətli tərəfdaşlıqlar quraraq Azərbaycan iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsini və maliyyə inklüzivliyinin genişləndirilməsini dəstəkləyir.
Ətraflı məlumat üçün: www.bankrespublika.az
EFSE haqqında
Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (European Fund for Southeast Europe – EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionlarında iqtisadi inkişafı və rifahı təşviq edən təsir yönümlü investisiya fondudur. Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə EFSE sahibkarlığın inkişafını dəstəkləmək, maliyyə inklüzivliyini genişləndirmək və yerli iqtisadiyyatların inkişafına töhfə vermək məqsədilə fərdiləşdirilmiş maliyyə həlləri təqdim edir.
EFSE 2005-ci ildə KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə yaradılmışdır. Bu formatda ilk dövlət-özəl tərəfdaşlığı olan fond donor təşkilatları, beynəlxalq maliyyə institutları və özəl institusional investorların vəsaitləri hesabına maliyyələşir. Fondun portfel meneceri Almaniyanın Finance in Motion GmbH, fondun idarəedici şirkəti isə Lüksemburqun Hauck & Aufhäuser Fund Services S.A. şirkətidir.
Ətraflı məlumat üçün: www.efse.lu
Finance in Motion haqqında
Finance in Motion ümumi həcmi təxminən 4 milyard avro olan və hamısı SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunun strukturlaşdırılması, idarə olunması və məsləhət xidmətlərini həyata keçirir. Bu özəl bazar fondları regional maliyyə vasitəçiləri, birbaşa investisiyalar, məsləhət xidmətləri və institusional potensialın gücləndirilməsi vasitəsilə insanlar və ətraf mühit üçün davamlı təsir yaradır.
Almaniyada əsası qoyulan və Latın Amerikasından Şərqi Avropaya qədər geniş yerli ekspertiza şəbəkəsinə malik olan Finance in Motion artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır.
Ətraflı məlumat üçün: www.finance-in-motion.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
























