ABŞ və İran sülh danışıqlarına “imkan yaratmaq” üçün döyüşləri dayandırıb – NEFT 7% UCUZLAŞIB
Davamlı sülhə dair danışıqların həftəsonu yeni maneələrlə üzləşməsinə baxmayaraq, ABŞ və İran arasında hərbi əməliyyatlara verilən müvəqqəti fasilənin bazar ertəsi də qüvvədə qaldığı görünür.
Marja xəbər verir ki, diplomatların sülh danışıqlarına “müəyyən imkan yaratmağa” çalışması fonunda ABŞ ordusu cümə günü İrana qarşı iki həftə davam edən zərbələri dayandırıb. Son günlər regiondakı hədəflərə qarşı hərbi əməliyyatlardan çəkinən İran da Çinin Pakistanda dalana dirənmiş diplomatik səylərin bərpası istiqamətində təşəbbüsündən sonra ABŞ-ın addımına qarşılıq verəcəyini bildirib.
Bununla belə, həftəsonu münaqişə ilə əlaqəli digər tərəflər tərəfindən hərbi əməliyyatlar həyata keçirilib. Bu isə gərginliyin yenidən artması riskini və danışıqlar aparan tərəflərin üzləşdiyi mürəkkəb çətinlikləri göstərib.
Səudiyyə Ərəbistanı ordusu son günlər husilərin Qırmızı dənizdə gəmiçiliyə qarşı hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husi hədəflərinə zərbələr endirib.
Bu arada, Ukrayna ordusunun Xəzər dənizində İranın kommersiya gəmisini vurduğu bildirilir. Hadisə nəticəsində bir dənizçi həlak olub, digəri isə yaralanıb. Kiyev gəminin Rusiyanın Ukraynaya qarşı işğalını dəstəkləyən hərbi yüklərin daşınması üçün istifadə edildiyini açıqlayıb. Tehran isə hücumu “düşmənçilik və cinayət aktı” kimi qiymətləndirib.
Buna baxmayaraq, Ağ Evin İrana qarşı “genişmiqyaslı hücumu” nəzərdən keçirdiyinə dair xəbərlərdən az sonra hərbi əməliyyatların dayandırılması investorlar tərəfindən müsbət qarşılanıb. Bazar ertəsi günün ilk saatlarında neft qiymətləri təxminən 7 faizdən çox ucuzlaşıb, fyuçers bazarları isə “Wall Street”də güclü göstəricilərə işarə edib.
Danışıqların qarşısındakı çətinliklər
Ekspertlər davamlı sülhə nail olmaq perspektivinin ciddi çətinliklərlə üzləşdiyini bildirirlər. Danışıqlar aparan tərəflər ilk növbədə İranın nüvə proqramının gələcəyi, sanksiyaların yumşaldılması və Tehranın Yaxın Şərqdəki silahlı müttəfiq qruplara dəstəyi kimi mübahisəli məsələlər üzrə razılığa gəlməlidirlər.
İqtisadi baxımdan danışıqların ən mühüm mövzusu dəniz nəqliyyatının təhlükəsizliyinə təminat verilməsi, eləcə də strateji əhəmiyyətli Hörmüz Boğazından rüsumsuz və ikitərəfli gəmi hərəkətinin bərpası və normallaşdırılması olacaq.
Münaqişədən əvvəl qlobal neft tədarükünün beşdəbir hissəsinin keçdiyi boğaz ABŞ-ın blokadanı davam etdirməsi səbəbindən hələ də bağlıdır.
Hörmüz Boğazının İranla üzbəüz sahilində yerləşən Oman danışıqların əsas iştirakçılarından birinə çevrilib. Məlumata görə, Oman nümayəndə heyəti su yolu ilə gəmi keçidlərinin idarə edilməsinə dair müvəqqəti razılaşmanın əldə olunması məqsədilə cümə və şənbə günləri Tehranda olub.
Neftin qiyməti 90 dollardan aşağı düşüb
İranın ABŞ hərbi əməliyyatlara fasiləni qoruduğu müddətdə hücumları dayandıracağını bildirməsi barədə xəbərlərdən sonra neft qiymətləri ucuzlaşıb. Bu açıqlama təxminən iki həftədir şiddətlənən münaqişə ilə bağlı narahatlıqları azaldıb.
Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, beynəlxalq etalon sayılan Brent markalı neftin sentyabr fyuçersləri 7,3 faiz ucuzlaşaraq bir barel üçün təxminən 89,73 dollara düşüb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin sentyabr fyuçerslərinin qiyməti isə 6,5 faiz azalaraq 83,47 dollar təşkil edib.
“Reuters” bazar günü İranın yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib ki, Tehran ABŞ-ın da zərbələrdən çəkindiyi müddətdə hücumları dayandırmağa hazırdır.
Hərbi əməliyyatlara fasilə Vaşinqtonun bombardmanı dayandırmaq qərarından sonra yaranıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müşavirləri ordunun zərbə endirmək üçün münasib hədəflərinin tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib, eyni zamanda ABŞ-ın silah ehtiyatlarının azalması ilə bağlı narahatlıqlarını bildiriblər.
İran rəsmisinin sözlərinə görə, Tehranın mövqeyi dəyişməz olaraq qalır: “Hücuma hücumla cavab veriləcək. Hücumlar dayanarsa, İran da əməliyyatlarını dayandıracaq. Bu mesaj artıq ABŞ-a çatdırılıb”.
ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts “Fox News Sunday” proqramında bildirib ki, Tramp diplomatik səylərin davam etdirilməsinə imkan yaratmaq üçün zərbələrə fasilə vermək qərarına gəlib.
“HSBC”nin ABŞ faizləri üzrə strateqi Dhiraj Narula bildirib ki, neft qiymətlərinin yüksəlməsi Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətini daha uzun müddət davam etdirməli ola biləcəyi ilə bağlı gözləntiləri yenidən gücləndirib. Bununla belə, o qeyd edib ki, enerji qiymətlərindəki bahalaşmaya baxmayaraq, inflyasiya gözləntiləri nisbətən nəzarət altında qalıb.
Narula bunu FED rəsmilərinin qiymət sabitliyinə sadiqliklə bağlı daha qətiyyətli mesajlar verməsi ilə əlaqələndirib. Onun fikrincə, bu yanaşma neft qiymətlərindəki şokun uzunmüddətli inflyasiya gözləntilərinə təsir göstərməsinin qarşısını alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
3 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
24 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
49 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























