Məşhur pudra qalmaqalı: 76 min xərçəng iddiası – Johnson & Johnson böyük ödənişə razılaşdı
"Johnson & Johnson" məhsulları ilə bağlı xərçəng iddialarını həll etmək üçün 5,5 milyard dollar ödəyəcək“Johnson & Johnson” bazar ertəsi ABŞ-də talk tərkibli məhsullar (pudralar) ilə əlaqədar qaldırılmış və hələ də davam edən yumurtalıq xərçəngi iddialarının böyük əksəriyyətinin həlli üçün ilkin razılaşma əldə etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, şirkət iddiaçıların azı 95%-i razılaşmanı qəbul edəcəyi təqdirdə 5,5 milyard dollar ödəməyi öhdəsinə götürüb.
Səhiyyə sektorunda fəaliyyət göstərən şirkətin məlumatına görə, təklif olunan razılaşma federal səviyyədə çoxsaylı məhkəmə işlərinin birləşdirildiyi proses və əlaqəli ştat məhkəmələri çərçivəsində baxılan təxminən 76 min yumurtalıq xərçəngi iddiasını əhatə edəcək. “Johnson & Johnson” bunu 15 ildən artıq davam edən məhkəmə çəkişmələrinin səmərəli şəkildə yekunlaşdırılması kimi qiymətləndirib.
Razılaşma federal məhkəmənin bu yaxınlarda qəbul etdiyi qərardan sonra əldə olunub. Həmin qərarda iddiaçıların şirkətin talk məhsullarının konkret şəxslərdə yumurtalıq xərçənginə səbəb olduğunu sübut edə bilib-bilməyəcəyi sual altına alınıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
“Johnson & Johnson” bildirib ki, məhkəmə qalan iddiaların niyə rədd edilməməli olduğunun əsaslandırılmasını tələb etməzdən əvvəl iddiaçılar sınaq xarakterli iki iş üzrə konkret səbəb-nəticə əlaqəsini araşdıran ekspertlərini prosesdən geri çəkiblər.
Razılaşmanın şərtlərinə əsasən, məbləği 3 milyard dollardan çox olmayacaq ilk ödəniş 2027-ci ildə həyata keçiriləcək. Növbəti ödənişlər isə 2028-ci ildən əvvəl edilməyəcək.
Şirkət məhkəmədə qalib gələcəyinə inanırdı – niyə 5,5 milyard dollar ödəyir?
“Johnson & Johnson” məhkəmə prosesində qalib gələcəyinə əmin olduğunu, lakin uzunmüddətli məhkəmə çəkişmələrinin yaratdığı xərcləri və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün razılaşmaya üstünlük verdiyini açıqlayıb.
Şirkət onilliklər ərzində aparılmış elmi tədqiqatların kosmetik talkın təhlükəsizliyini təsdiqlədiyini, talk məhsullarının tərkibində asbest olmadığını və onların xərçəngə səbəb olmadığını bildirməkdə davam edir.
Talk — maqnezium, silisium və oksigendən ibarət təbii, çox yumşaq mineral maddədir. Nəmi udmaq, sürtünməni azaltmaq və məhsula hamar tekstura vermək xüsusiyyətinə malikdir.
Talkdan əsasən uşaq pudrası, bədən pudrası, kosmetika, dərman və sənaye məhsullarının hazırlanmasında istifadə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
31 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























